Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Cəlilabadda qaçırılan on beş yaşlı qız danışdı


Cəlilabadda ailəli kişi tərəfindən qaçırılan on beş yaşlı qız qaçırılması barədə danışıb


PİA.AZ Moderator.az-a istinadən qaçırılan qızın açıqlamasını təqdim edir:

"İyirmi gün bundan qabaq mənə oğlanın əmisi qızı İnçə gəlib dedi ki, Səfa səni istəyir. Səni qaçırdacağıq və bu barədə heç kimə heç nə demə". Mən də dedim ki, nə qaçmaq, mən uşağam. Bir gün həyətimizi süpürəndə Səfa gəlib evimizin yanından keçəndə mənə dedi ki, səni qaçırdacam. Mən də dedim ki, yox, mənim qaçmaq fikrim yoxdur. Səfa dedi ki, bax da, əgər qaçmasan, səni şantaj edəcəm.
 
Avqustun 26-dan 27-nə keçən gecə saat 01:30-da Səfa gəlib yatdığım otağın pəncərəsini döyüb məni çağırdı. Dedi ki: "Düş aşağı, gedək". Mən də pəncərədən dedim ki, yox, qaçmıram. Səfa əl atıb məni pəncərədən düşürdü və qolumdan tutaraq küçəylə aparmağa başladı. Qorxumdan qışqıra bilmədim. Səfa məni babasıgilin boş qalmış evinə apardı. Bir gecə orada qaldıq. Amma mənə toxunmadı. Səhər açılan kimi Səfa məni qonşuluqda olan atasıgilin evinə apardı. Atasıgildə adamları mənə dedilər ki, atangil polisə şikayət veriblər. Sizi polisə aparacağıq. Polis bölməsində deyərsən ki, mən özüm istəmişəm və özüm də qaçmışam. Məni oradan maşına qoyub Səfanın qohumlarının yaşadığı Uzuntəpə kəndinə apardılar. Yolda ağlamağa başladım. Səfanın bacısı Mərziyyə mənə dedi ki, ağlayıb gözünün yaşını tökmə, polisdə deyərsən ki, özüm öz könlümlə qaçmışam. Uzuntəpə kəndində məni bir evə gətirdilər. Oradan polisə zəng vurub dedilər ki, qız buradadır, gəlin aparın.
 
Rayon polis bölməsinin əməkdaşları gəlib bizi bölməyə apardılar. Bölmədə izahatımı alan polis bölməsinin əməkdaşları mənə dedilər ki, izahatında yaz ki, özüm öz könlümlə qaçmışam. Yoxsa (pəncərədən polis bölməsinin həyətində duran atamı və babamı göstərdilər) onları da həbs edəcəyik. Mən də qorxumdan izahat verdim ki, mən özüm istəyimlə qaçmışam".
 
Xatırladaq ki, avqustun 26-dan 27-nə keçən gecə Cəlilabad rayon Əliabad kənd sakini, 29 yaşlı Şahverdiyev Səfa Azadxan oğlu həmkəndlisi on beş yaşlı azyaşlı Günayı (adı şərtidir) qaçırıb. Azyaşlı qızın atası Bünyatov Samir Ağakişi oğlu qızını qaçıran şəxsin cəzalandırılması üçün daxili işlər nazirinə və baş prokurora müraciət edib. Artıq rayon prokurorluğu işə qarışıb. Azyaşlı qız bu gün tibbi ekspertizadan keçirilib. Faktla bağlı araşdırma aparılır.
 
Xatırladaq ki, azyaşlı qızın dayısı Rəşad Pənahov Qarabağ müharibəsində şəhid olub.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar