Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Cəmil Həsənlinin müsahibəsi birmənalı qarşılanmadı


Zamin Hacı: “Bu adamların xətrinə dəymək asan olmamalıdır, siyasətçi belə eləməz” Zaur Qurbanlı: “Biz gəncik, onlar qoca - söhbət yaşdan daha çox başdan gedir” Üzeyir Məmmədli: “Cəmil bəy NİDA-nın bu etimadsızlığının səbəbləri barədə düşünsə daha yaxşı olar"


Milli Şuranın sədri Cəmil Həsənlinin “Azadlıq” qəzetinə müsahibəsi birmənalı qarşılanmayıb. 

C.Həsənli müsahibəsində NİDA-çı gəncləri və REAL-ın icra katibi Natiq Cəfərlini tənqid edib: “Çox təəssüf ki, biz yalnız hakimiyyətdən deyil, dostlarımızdan da zərbə aldıq. 15 mart mitinqinin qarşısını almaq mümkün olmayanda, xüsusi xidmət orqanları onun effektini azaldan təxribatlara əl atdılar. 

Bu məqsədlə mitinq başlamazdan 30-40 dəqiqə əvvəl, adam az olan vaxt ətrafdakı hündürmərtəbəli binanın damından kamera ilə çəkilmiş meydanın görüntüsü ”Mitinq “quş uçuşu” məsafəsindən" adı altında bizim çox hörmət etdiyimiz AzadlıqRadiosunun Azərbaycan xidmətinin səhifəsində yerləşdirildi və şəklin sol tərəfində də 16:31 zaman göstəricisi qoyuldu. 

Bax, bu, bizim üçün doğrudan da gözlənilməz oldu. Birincisi, ona görə ki, Azərbaycan cəmiyyətinin qarşısında böyük xidmətləri olan, hazırda isə hökumətin repressiyaları ilə üzləşən bir informasiya orqanı cəmiyyətdə mitinq haqqında yanlış təəssüratlar yaratmağa cəhd etmişdi. İkincisi və bundan daha betəri isə o idi ki, Azərbaycan xüsusi xidmət orqanlarının bu təxribatı AzadlıqRadiosu kimi mötəbər bir quruma necə yol tapmışdı? Burada xüsusi xidmət orqanlarının məqsədi etibarlı bir informasiya orqanına istinadən mitinqi gözdən salmaq idi. Ona görə də sol tərəfində “16:31" zaman göstəricisi, sağ küncündə isə ”AzadlıqRadiosu RFE/RL" brendi olan bu təxribat hökumətin nəzarətində olan medianın mitinq “təhlillərində” başlıca istinad nöqtəsi idi. 

Biz özümüzü tənqidə açıq bir qurum hesab edirik. Amma REAL-ın icra katibi Natiq Cəfərlinin mitinqdə səsləndirilən fikirləri tərsinə şərh edib aksiyanın hədəflərini tamamilə arzuolunmaz istiqamətə yönəltməsi də bizim üçün bir qədər gözlənilməz oldu. Rəğbətlə yanaşdığımız NİDA Gənclər Təşkilatının mitinq müzakirələri də bizdə bəzi suallar doğurdu. Biz özümüzə dost hesab etdiyimiz hər iki quruma hörmətlə yanaşırıq, amma xatırlatmaq istəyirik ki, bizim bu qurumlara etimadımız onların mövcud təşkilat strukturlarından, sosial baza və siyasi imkanlarından çox böyükdür".



Sözügedən müsahibəyə reaksiya verənlərdən biri də “Yeni Müsavat” qəzetinin yazarı Zamin Hacı olub. Z.Hacı son köşə yazısında bildirib ki, o cür siyasi mübarizə məktəbi keçmiş C.Həsənli onu tənqid edənləri vurmaqla məşğul olur: “Misal üçün, 15 mart aksiyası haqda intervüsündə REAL və NİDA qurumlarına söz atır, onları sosial bazası, imkanları zəif adlandırır.  Əslində ortada ciddi bir narazılıq, problem yoxdur, 15 mart mitinqi haqda da REAL və NİDA-dan bir neçə nəfər tənqidi qeydlər yazsalar da, meydanda bu qurumların xeyli üzvü var idi. Lider keyfiyyətləri tələb edir ki, bu cür narazıları iynələməyəsən, öz mübarizənin fokusunu ancaq iqtidara yönəldəsən, elə bir mübarizə ortaya qoyasan ki, artıq səninlə birgə olmamaq həmin narazı qrupların faciəsinə çevrilsin. İnsanları sənin arxanca getməyə maraqlı etməlisən, lider bütün xalqa, o cümlədən onun ”sosial bazası zəif" qruplarına rəhbərliyə iddialı olmalıdır. Bayaq adını çəkdiyim Elçibəy hər cür adamlardan komanda qurmuşdu.

(Sonra bunları idarə edə bilməmək başqa mövzudur).  REAL və NİDA-nı zəif adlandırmaq isə həm də ədalətsiz yanaşmadır, çünki son illərin İlqar Məmmədov kimi mübarizlik örnəyi var. Həbsdə gənc yaşlarının 2 ildən çoxunu keçirdən NİDA-çılar var. Bu adamların xətrinə dəymək asan olmamalıdır. Siyasətçi belə eləməz.  Cəmil müəllim isə hətta daha qabağa gedib AzadlıqRadiosunu mitinq meydanından pis şəkil yaymaqda (adamlar az görünürmüş), xüsusi xidmət orqanları ilə əməkdaşlıqda suçlayır. Xalq hərəkatı liderinin, ümumiyyətlə, öz şəkillərinə baxmağa vaxtı olmamalıdır. Bu dərəcədə xırdaçılıq olmaz".



NİDA üzvü, bir neçə ay öncə həbsdən azad edilmiş  Zaur Qurbanlı “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, müsahibənin onlara aid olan hissəsi ilə tanışdır. Müsahibimizin sözlərinə görə, bu, növbətçi mitinqdir: “Bizim onu tənqid etməyimiz, onların bizə tənqid atəşi ilə cavab vermələri normaldır. Biz deyirik ki, bu mitinqlərin xeyri yoxdur. Onlar isə deyirlər ki, var. Zamanla kimin haqlı olduğu görünəcək”. 

Z.Qurbanlı dedi ki, bu reaksiya gözləniləndir, təbiidir: “Bizə bu qədər hörmətlərinə görə şəxsən minnətdaram, qarşılıqlıdır. Biz gəncik, onlar qoca. Söhbət yaşdan daha çox başdan gedir. Bu, atalar-oğullar davasına bənzəyir. Hörmətlərini də saxlayırıq, ehtiram da bildiririk, amma mən onlarla razılaşmıram”. 

Daha bir NİDA üzvü, bir neçə ay öncə həbsdən azad edilmiş Üzeyir Məmmədli xatırlatdı ki, NİDA üzvlərindən bir neçəsi facebookda mitinq barədə öz tənqidi fikirlərini yazıblar: “Yəqin Cəmil bəyin tənqidi də buna görə olub. Ümumiyyətlə, NİDA təşkilat olaraq bu mitinqlərə qatılmamaq qərarı verib. Mən şəxsən bu mitinqlər barədə ictimai şəkildə heç bir fikir bildirməmişəm. Amma NİDA-nın bu qərarını dəstəkləyirəm. Burada əsas məsələ etimad məsələsidir. NİDA bir müddət Milli Şuranın tədbirlərində aktiv iştirak edib. Amma indi iştirak etmir. Demək ki, artıq Milli Şuraya etimad eləmir. Cəmil bəy NİDA-ya etimadlarının yüksəkliyini bildirməklə NİDA üzərinə mənəvi məsuliyyət qoymağa cəhd eləməkdənsə, NİDA-nın bu etimadsızlığının səbəbləri barədə düşünsə daha yaxşı olar, məncə”. 

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar