Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Cəmiyyətin atlantları...


Adam tələsik nəticə çıxarmaq istəmir. Həmişə ümid var ki, sənin gözlədiyin, sənin sorağında olduğun proses bir gün baş verəcək...


Bu baxımdan Rusiyada keçirilən sülh marşı bizə elə də təəccüblü görünmədi.

Əgər bu olmasaydı Rusiyanın indisi və gələcəyi haqqında böyük sual işarəsi ilə danışmaq lazım gələrdi.
Yox, mən ifrat optimist nəticələrin də tərəfdarı deyiləm. Amma görəndə ki, yox, səni narahat edən məsələ başqalarını da düşündürür, bir az sakitləşirsən və daha ümidli olursan. 

Bir dəfə Rusiyadan yazanda A.Makareviçin “Mənim ölkəm dəli olub” nəğməsindən sitat gətirmişdik. İndi A.Makareviç öz ölkəsində konsert verə də bilmir, rəsmi təbliğat onu satqın adlandırır...

Elə sülh marşına çıxanlara da təxminən eyni münasibət göstərilir. Ən yaxşı halda bu marşı tənhaların marşı adlandırırlar...
Adamı sıxan odur ki, indi Rusiyada liberal fikrin harada əks olunduğunu tapmaq elə də asan deyil. Liberal mətbuat demək olar ki, qalmayıb, sadəcə, bir zəif işıq hiss olunur-populyar nəşrlərdə, saytlarda bəzən liberal fikirlər də yer alır...
Amma bu, o qədər də tez-tez baş vermir. Məsələ bundadır ki, Azərbaycanda müstəqil nəşrlər hansı problemləri yaşayırlarsa, elə Rusiyada da eyni vəziyyətdir və demək olar ki, qəzetlər öz qürub dövrlərinə qədəm qoyurlar...

Adını da belə qoyublar ki, guya internet kağız mətbuatı sıxışdırır. Belə alınır ki, indi AzərbaycanRusiya hətta internetin yarandığı ölkələrdən daha çox “elektronlaşıb”!...
Amma prosesin süni olduğuna əlimizdə beş barmağın olduğu kimi əminik. Bu proses süni şəkildə aparılır. Mətbuata imkan vermədilər ki, öz reklam şəbəkəsini qursun. İndi də elektron mətbuatı cilovlamağa hazırlaşırlar. Amma insanların beyninə, ürəyinə tam hakim ola bilməyəcəklər...
Bəli, Rusiyada da V.Putinin reytinqi rekord vurur, son vaxtlar təxminən 25 faiz artıb. Hərçənd mən Rusiyanın sosioloji sorğu xidmətlərinə inanmıram. Gəl, əlimizdə başqa bir resurs da yoxdur. 

Onların sorğuları doğru olsa belə, bundan yalnız faciəli nəticələr irəli gəlir. Məsələ bundadır ki, qonşu ölkədə əsl xarizmatik hakimiyyət bərqərar olur və bu hakimiyyəti xarakterizə edən əsas cəhət odur ki, dövlət institutları öz effektivliyini itirir, ümumi fondan yalnız  ayrı-ayrı şəxslər qabarır. Bu adamlar tədricən dövlət və hökumət institutlarını “əvəz” etməyə başlayırlar...

Azərbaycan üçün bu problem sovuşub. İndi hakimiyyət düşərgəsində həqiqətən də yüksək reytinqli adam tapmaq elə də asan deyil. Əvəzində isə bu ölkənin öz problemi var - korrupsiyalaşmış, nəzarətdən tamam kənar, sərt avtoritar siyasi sistem...
Bu sistemin yalnız bir yaşam forması var - cəmiyyətə qarşı permanent təzyiq. Burada yadıma İ.Stalinin “nəzəriyyəsi” düşür. O yazırdı ki, zaman keçdikcə sinfi mübarizə daha da kəskinləşəcək, ona görə də daim “təmizləmə” işləri və yaxud onların özləri demişkən, “profilaktik tədbirlər” görmək lazımdır... 

Bu prosesdə çoxlu sayda günahsız insanın da zərər çəkməsi mümkün idi və İ.Stlain bunu inkar etmirdi. Ona görə də deyirdi ki, bir adamın ölümü faciə, yüz adamın ölümü isə statistikadır... Bəli, bir gün Rusiyada bu statistika düz on milyona çatdı...
Təbii ki, Azərbaycanda bu miqyasda repressiya mümkün deyil. Həm ölkə özü balacadır, həm də onu idarə edən məmurlar... Amma təqib, təzyiq var, üstəlik, o, zaman keçdikcə nəinki azalmır, əksinə artır...

Bütün belə sistemlərin bir qənimi, qorxduğu bir şey var - o da insanların fədakarlığıdır. Bəli, insanların fədakarlığı... 
Bir də görürsən deyirlər ki, əşi, bəs filankəs vəkil idi, pul qazanırdı... Amma mən burada dərhal sual verərdim: məgər həmin vəkil digər vəkillər kimi pul qazana bilməzdimi? Qazanardı, özü də hamıdan çox. Amma o, bu yolu seçmədi. Çətin yolu seçdi...
İndi Rusiyada sülh marşına çıxanları, çoxluğun onlara yönələn tənəli-qınaqlı baxışlarını başa düşmək elə də çətin deyil. 
Onlar da hamı kimi ola bilərdi və əllərində V.Putinin portretlərini daşımaqla daha asan dolanışıq yolu tapa bilərdilər...
Amma onlar da bunu istəmədi. Çətin yolu seçdilər. Niyə? Ona görə ki, fədakar insanlardırlar. Fədakar insanlardan bəziləri qorxur, onlara fanat kimi baxır. Amma belə deyil. Onlar cəmiyyətin atlantlarıdır. Cəmiyyət onların çiyinləri üstündə dayanıb, bəli, məhz onların... (musavat)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Ən çox oxunanalar