Cümə, 26 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Cənnəti ölümlə qazananlar



İndi hamı İŞİD-dən danışır


Daha dəqiqi insanların bu qruplaşmaya qoşulub , könüllü olaraq ölümü seçməsindən. Avropa mətbuatının xəbərinə görə, son aylarda yalnız Fransadan 100-dək qadın İŞİD-in sıralarına qoşulub. Dünyanın müxtəlif ölkələrindən gənclər bu qruplaşmaya qoşulur, vuruşub müharibədə ölməyi seçir. 

Səbəb nədir? Nədən gənc insanlar könüllü olaraq ölümü belə rahatlıqla seçir, öləcəklərini bildikləri halda ölkələr keçərək, həbs, ölüm riskini gözə alaraq Suriyaya, İraqa gedir, İŞİD-ə qoşulub savaşırlar? Hesablamalara görə, terror və ya qeyri-qanuni qruplaşmalarda savaşanların böyük çoxluğu orta hesabla 3-5 il yaşayırlar. Aydın məsələdir ki, İŞİD-ə qoşulanlar da böyük çoxluqla ölümü gözə alanlardır. Əlbəttə, istisnalar, macəra həvəskarları da var. Amma minlərlə macəra həvəskarının olması mümkün deyil. 
Deməli ortada daha ciddi səbəblər var. 

Bu isə Cihad və Şəhadət nəzəriyyəsidir. İslam dinində çox böyük dəyər verilən, ibadət kimi qəbul olunan cihad geniş məna olsa da, radikal islamçılar daha çox cihadı savaş olaraq təfsir edir. Cihadın son nəticəsi isə şəhadətdir və Şəhid Qurana görə ən üstün, (Allah yolunda öldürülənlərə (şəhid olanlara) “ölü” deməyin. Əksinə, onlar (Allah dərgahında) diridirlər, lakin siz bunu dərk etmirsiniz. (Bəqərə surəsi, 154-cü ayə) peyğəmbərlərin məqamındadır. Ancaq doğrudanmı, yalnız Allah yolunda ölüm müsəlman üçün böyük dəyərdir? Doğrudanmı Allah yalnız əfv olunma, yüksək məqama çatmaq üçün bəndələrin Onun yolunda ölməsini istəyir? 

Cihadın və şəhadətin həqiqi Allah razılığı üçün edilməsi, ixlaslı olması məqamlarını bir kənara qoysaq belə, əslində müasir radikal cərəyanların İslamı yanlış təfsir etdiyi, gəncləri yaşamağa deyil, ölümə, özü də şübhəli ideallar uğurunda ölümə kökləməsi faktdır. Quran və sünnədə (Məhəmməd Peyğəmbərin (s.ə.s) kəlamları və fəaliyyətləri – K.R) kifayət qədər faktlar var ki, əsl cihadın, şəhidlik məqamının heç də döyüşdə olmadığını göstərir. Məsələn, “Alimin mürəkkəbi Şəhidin qanından üstündür” deyildiyi hədis var. Bu hədis elmə və alimə verilən dəyəri göstərir. 

Başqa bir məşhur hədisə Məhəmməd Peyğəmbər (s.ə.s) savaşdan qayıdan səhabələrinə “kiçik cihadınızı başa vurdunuz, böyük cihad qalıb” deyir. Soruşurlar ki, “böyük cihad nədir, cavab verir ki, öz nəfsinlə mübarizə”. Bu hədislər, mətnlər İslam mənbələrində kifayət qədərdir. Həzrət Məhəmmədin (s.ə.s) hədislərində cənnəti qazanmağın savaşdan deyil, gözəl əxlaq, yaxşı əməldən keçdiyi qeyd olunur. Məsələn, “Ümmətim daha çox iki şeyə görə Cənnətə daxil olacaq: ilahi təqva və gözəl əxlaq”, “Üç şey var ki, onlarla Allahın dərgahına gedən kəs istədiyi qapıdan Cənnətə daxil olacaq: gözəl əxlaqı olan, gizlində və aşkarda Allahdan qorxan, haqq onun tərəfində olsa belə mübahisəni tərk edən şəxs”. 

Başqa bir hədisdə isə cihada bərabər əməlin misalı verilir: “O kəs ki, arvad-uşağı üçün halal ruzi əldə etmək üçün çalışar, Allah yolunda cihad edən insanın əcrinə malik olar”.
Misalları daha çox uzatmaq olar, amma Quran və hədislərin böyük qismi məhz bu nümunələrdən ibarətdir. İnsanlar xeyir əmələrə, sülhə, halal qazanca, ailəsinə bağlılığa və sair bu kimi həyat dolu mesajlardan ibarətdir. Savaş və cihad (klassik savaş mənasında – K.R) çağırışları bu mətnlərlə müqayisədə xeyli azdır. Ancaq göründüyü kimi, bir sıra din xadimləri, cərəyanlar İslamı məhz bu yöndə təbliğ etməklə gənc müsəlmanları savaşa, öldürülərək bağışlancağına inandırır. Bunun nəticəsi isə göz qabağındadır. 

İslam həyat dinidir. “Cənnət anaların ayaqları” deyən Həzrət Məhəmməd (s.ə.s) yalnız analara ehtirama (təbii ki, bu, hədisin əsas xəttidir – K.R) çağırış etmirdi, eyni zamanda cənnəti, yəni Allahın razılığını öz evində, ailənin içində, gözəl əxlaqla qazana biləcəyini deyir. Bu və bu kimi hədislər insanların nümunəvi, əxlaqlı həyat sürmələrinə Allah tərəfindən böyük mükafatla əvəz veriləcəyinə işarədir. 

Cənnəti ölümdə deyil, həyatda axtarmaq lazımdır. İslam dini həyat, nümunəvi, əxlaqlı həyatı təbliğ edir. Əgər müqayisə olunsa savaşmaq bunların içində ən sonuncu, yalnız zərurət halında icazə verilən, təşviq olunan bir əməldir. Sadəcə bunu təbliğ etmək, gənclərə ölümü deyil, yaşamı seçməyə inandırmaq lazımdır. (musavat)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - Yenilənib

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar - Yenilənib

Malıbəylidə kütləvi məzarlıq aşkar edilib - Yenilənib

Prezident və birinci xanım Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndərib

Ən çox oxunanalar