Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Cənubi koreyalılar beyinlərini təmizləyirlər


"The Guardian" yazır ki, dünyanın ən çox kompüterləşmiş millətlərindən biri olan cənubi koreyalılar "dincəl" müsabiqəsinə qoşulublar


PİA.AZ musavat.com-a istinadən bildirir ki, bu kampaniya insanların stresdən və ifrat informasiyadan "təmizlənməsinə" yönəlib.
Bu müsabiqənin şərtlərinə görə, 60-dək yarışçı 90 dəqiqə ərzində Seuldakı ictimai parklardan birində çəmənlikdə oturub heç nə etməməli idi.

Başqa sözlərlə "Beynini dincəlt" şüarı onları hər hansı elektron cihazdan istifadə etməməyə çağırırdı.

"Dincəl" kampaniyası ilk dəfə 2014-cü ildə yerli fəallar tərtəfindən başlanıb.
Ötən bazar keçirilmiş "yarışı" isə Seul şəhər bələdiyyəsi təşkil etmişdi.
Bu təşəbbüsə ümumilikdə 1500 nəfərin qoşulduğu xəbər verilir.

Heç saata da baxmaq olmaz

Bələdiyyə idarəsinin müraciətində deyilirdi: "Gəlin smartfonların, televiziyanın və ya kompüterlərin verdiyi informasiyalarla dolu beynimizi dincəldək".

"The Guardian" yazır ki, uşaqlı analar və qalstuklu-kostyumlu kişilər də daxil yarışçılar 30 dərəcə isti havada üzlərində heç bir ifadə olmadan sakitcə oturmuşdular.

Onların bəziləri günəş şüalarından qorunmaq üçün çətir də götürmüşdülər.

İştirakçılara hətta saatlarına baxmaq və ya çox tərpənmək də qadağan olunmuşdu.
Bütün bunlardan sonra ürək döyüntüsü ən sabit olan şəxs qalib elan olunmalıydı.

"The Guardian" qəzetinin yazdığına görə, yarışın mükafatı yaxşı tanınmış reperə qismət olub.

Crush ləqəbli Şin Hyo Seob deyib ki, "təzə albomunu hazırlayarkən beyni ağzınacan dolubmuş".

"Bu tədbir xüsusilə də başağrısı və ya qarışıq düşüncələri olan adamlar üçün məsləhətdir", - 28 yaşlı reper deyib.

"The Guardian" yazır ki, 50 milyonluq Cənubi Koreya əhalisinin 80 faizində smartfon var.
Ölkənin smartfon istifadəçiləri hər gün orta hesabla 4 saatı tvitləməyə, "çatda oturmağa" və ya kompüter oyunları oynamağa sərf edirlər.

Dövlət məlumatlarına görə, bunların 15 faizini "rəqəmsal aludələr" hesab etmək olar.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ən çox oxunanalar