Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Cərimə meydançaları Ramiz Zeynalova ayda nə qədər qazanc gətirir?


Bütün cərimə meydançalarında nəzarətçilərin general Ramiz Zeynalovun adından danışması adi haldır


Əməkdaşımızla söhbət edən nəzarətçilərdən biri isə bildirib ki, onun çalışdığı cərimə meydançasında hər ay təqribən «ödənişlərdən» və maşınlardan soyulan əşyalardan təqribən 150-200 min manat arası «gəlir» əldə olunur.

Baş Dövlət Yol Polisi İdarəsinin nəzdindəki cərimə meydançalarında baş verən özbaşınalıqlarla bağlı redaksiymızın elektron poçtuna şikayət məktubu daxil olub. Göndərilən şikayət məktubunda qeyd olunur ki, cərimə meydançalarında saxlanılan avtomobillərin gündəlik saxlanılma qiyməti 30-40 qəpik olsada, nəzarətçilər vətəndaşlardan 1 gün üçün 2 - 5 manat arası “hesab” alırlar. 

AzFakt.com-a şikayət ünvanlayan vətəndaş bildirir ki, paytaxtın Nizami rayonunda yerləşən 11 saylı cərimə meydançasında ondan iki ay üçün zorla 180 manat aldılar və üstəlik nəzarətçi ona «hörmət» edildiyini xüsusi olaraq qeyd edib. Aldıqları pula görə isə nəzarətçi vətəndaşa heç bir qəbz verməyiblər və qəbz tələb edən vətəndaşa sadəcə gülməklə yetiniblər. Nəzarətçillərin başqa bir «hörməti» isə vətəndaşın maşınının salonunu soymaları olub. Vətəndaşın bildirdiiyinə onun maşınındakı bütün bahalı aksesuarlar oğurlanıb. Lakin nəzarətçilər bildiriblər onların heç bir şeydən xəbərləri yoxdur.

Şikayətçi qeyd edir ki, ondan zorla 180 manat alan nəzarətçilər bildiriblər ki, vətəndaş istədiyi yerə şikayət edə bilər və onlar birbaşa Dövlət Yol Polisi İdarəsinin rəisi general Ramiz Zeynalova hesabat verirlər. Buna görə də heç bir şeydən qorxmurlar.

Qeyd edək ki, AzFakt.com-un əməkdaşı paytaxtın bir çox cərimə meydançalarına gedərək orda müşahidələr aparıb. Yuxarıda şikayətçinin qeyd etdiyi hallar bütün cərimə meydançalarında istisnasız müşahidə olunub. Cərimə meydançalarından maşınlarını çıxaran vətəndaşlar vəziyyətdən narazılıqlarını açıq şəkildə bildiriblər. Buna baxmayaraq özbaşınalıqlarla bağlı şikayətlərə heç kim baxmır və bir çox hallarda isə şikayətləri qəbul etmək belə istəmirlər. Qəbul olunan şikayətlər isə sadəcə «itə-bata» düşür. 

Qəribədir ki, bütün cərimə meydansalarında nəzarətçilərin general Ramiz Zeynalovun adından danışması adi haldır. Onlar çəkinmədən bildirirlər ki, hər şeyi generalın tapşırığına əsasən edirlər və buna görə də heç nədən çəkinmirlər. 

Əməkdaşımızla söhbət edən nəzarətçilərdən biri isə bildirib ki, onun çalışdığı cərimə meydançasında hər ay təqribən «ödənişlərdən» və maşınlardan soyulan əşyalardan təqribən 150-200 min manat arası «gəlir» əldə olunur. Bu gəlirin böyük hissəsi isə Ramiz Zeynalovun adamlarına çatdırılır.

Qarşı tərəfin mövqyeini dərc etməyə hazırıq…

Bu 11 saylı cərimə meydançasında vətəndaşları soyan nəzartçilərdən birinin fotosudu. Şəxsi yaxından görüntüləmək mümkün olmadı. 


pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 18 məsələ var

Növbəti köç karvanı Füzuliyə çatıb, açarlar təqdim olunub - Yenilənib

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Ən çox oxunanalar