Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Cəsarətli yazarlar


Aynur Elgünəş


Keçmişdə çox danışılan lətifə vardı, əylənmək istəyən bir nəfər Xankəndində fəaliyyət göstərən radioya zəng edib erməni diktordan soruşur: “Küçədə sekslə məşğul olmaq mümkündürmü?” Aparıcı da hazırcavab olur, deyir ki, mümkündür, amma məsləhət verənin çox olacaq...

İndi yaxamız qalıb bu məsləhət verənlərin əlində. İnsanların şəxsi həyatı olub təcrübə sexi, yetən bir düstur hazırlayıb, deyir, filan yerdə səhv elədin, filan məsələdə yanlışsan, mən deyəni etmirsənsə, geridə qalmısan və s. Guya ta bunlara qədər nə sevişən olub, nə də kişi-qadın münasibətlərindən başı çıxan.

Bircə nəfər də yoxdur durub desin ki, ay adamlar, ay görkəmli ədiblər, indi ölkə əhlinin problemi cütləşmək deyil. İndi daha qəliz məsələlər var. Məsələn, özümüzü nə qədər regionun lider dövlətinin ən şad və xürrəm vətəndaşı kimi təqdim etsək də, tətikdə olduğumuzun fərqindəyik. Vətəndaş cəmiyyəti dağıdılır, fəallar həbs edilir, sülh diplomatiyası ilə məşğul olan insanlar xəyanətkar kimi damğalanır, bir yandan da hər gün evlərə əsgər tabutları gedir. Vəziyyət o həddə çatıb ki, insanların yarısı dərddən, digər yarısı da qorxudan cinsi aktivliyini itirib. Az-çox canında təpər qalan da öz mənzilində soyunanda belə gözlərini dörd açır ki, birdən haradansa kamera tuşlanar. Sonra da həmin görüntüləri “Lider TV” yayımlayıb deyər ki, bəs filankəs tərbiyəsizlik edib, evində soyunub.

Ölkə bu cür qlobal problemlər girdabında çabalayarkən, adamın gözü cəsarətli yazılar axtarır. Düşünürsən ki, illərlə “ədib” deyib başımıza çıxardığımız adamlar yəqin bu problemlərdən yazarlar. İnsafən yazırlar, amma seksdən...

Düşünürsən ki, indi bunun bəyənmədiyi Anardan, Fikrətdən, Vaqifdən, nə bilim Yazıçılar Birliyinin hansısa üzvündən nə fərqi var?

Üstəlik bu məsləhət verənlərin həyatlarına baxırsan və düşünürsən ki, gör kim nədən danışır. Axı, ölkədə seksual inqilab etmək istəyən bu adamların özləri komplekslərindən qurtula bilmirlər. Təsəvvür edin, yazar var, illərdir qadın azadlığından, mental dəyərlərin bu azadlığı boğmasından ağızdolusu danışır, ancaq bakirələrlə münasibət qurmağa üstünlük verir. Yaxud da əksinə, azad olduğunu az qala sətirlərdən oxucunun qulağına bağıran bəzi xanım yazarlara görə özgürlük siqaret çəkmək, bara getmək və ya istədiyi kişinin yatağına atılmaqdı. Təfəkkürləri isə bəyənmədikləri fatmanisələrdən fərqli deyil. Sadəcə içlərindəki Fatmanisəni öldürməyin yolunu sadaladıqlarımda axtarırlar. Onları yazmağa da, oxuduqları beş-on kitabdan öyrəndiklərini camaata sırımağa da vadar edən qurtara bilmədikləri bu kompleksləridir.

Yox, yanlış anlaşılmasın, sevgidən, sevişməkdən yazanların əleyhinə deyiləm. Mən sadəcə bu adamların seksdən yazmağı cəsarət hesab etmələrinə qarşıyam.

Cəsarət Bakıda oturub “lazım gəlsə, Vətən uğrunda ölərik” demək yox, güllə yağışının altında, düşmənlə sərhəddə yaşamaqdı. Cəsarət layihələrə qatılıb hansısa üçüncü ölkədə ermənilərlə sülhdən danışmaq yox, Bakıda sülh quruculuğu ilə məşğul olduqlarına görə həbs edilənləri müdafiə etməkdi. Cəsarət sevgidən yazmaq yox, sevişənləri hədəfə alanları qınamaqdı.

Bəli, Anarda bu cəsarət yoxdu, susur, çünki kreslosunu itirər. Jurnalistdə bu cəsarət yoxdu, susur, çünki hələ orderini almadığı evindən olar. Bəs siz necə, susmaqla sevişməkdən yazmaq arasındakı fərqi görürsünüzmü?


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar