Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ceyhun Osmanlı barədə MKİ-yə göndərilən məxfi teleqram


Virtualaz.org saytı deputat Ceyhun Osmanlı barədə ABŞ-ın Bakıdakı səfirliyindən Vaşinqtona - Mərkəzi Kəşfiyyat İdarəsinə, Dövlət Departamentinə, ABŞ-ın Avropadakı qoşunlarının komandanlığına, Birləşmiş Ştatların Ankaradakı səfirliyinə, Daxili İşlər Departamentinə, ABŞ-ın ATƏT-dəki missiyasına göndərilən “Tam məxfi” qrifli diplomatik teleqramın tam mətnini təqdim edir.


Bu məxfi sənəd 2009-cu il, sentyabrın 10-da ABŞ-ın Bakıdakı səfirliyinin siyasi-iqtisadi məsələlər üzrə müşaviri Robert Qarverik tərəfindən göndərilib. Birləşmiş Ştatların Bakıdakı vaxtkı müvəqqəti işlər vəkili Donald Lu isə sənədə öz şərhini əlavə edib.

TAM MƏTN 

Xülasə: Əvvəllər “İrəli” Gənclər Hərəkatı adlanan “İRELİ” İctimai Birliyi  “Azərbaycanda gənclərin inkişafına” çalışan hökumətyönlü QHT-dir. Sentyabrın 2-dəki görüşdə “İRELİ” rəhbərliyi təşkilatın həyata keçirdiyi müxtəlif layihələr, o cümlədən gənclər üçün yay düşərgəsinin təşkili, İT (informasiya texnologiyaları-red.) treninqlərin keçirilməsi və kiçik qrant müsabiqəsi barədə məlumat verdi.

“İRELİ”nin sədri Ceyhun Osmanlı ümid edir ki, əgər “lazımi adamlar lazımi yerlərdə olsalar”, Azərbaycan 10 il ərzində inkişaf etmiş ölkəyə çevriləcək. Osmanlı həmçinin bildirdi ki, “İRELİ” onun üzvləri üçün mühüm şəbəkə alətidir, təşkilatın bir çox üzvləri mühüm hökumət və biznes mövqelərində yerləşiblər. “İRELİ” üzvlərinin Azərbaycanın növbəti nəsl liderlərinə çevrilmək üçün yaxşı imkanları var və müvafiq olaraq səfirlik bu qrupla məşğul olmaqda, onun fəaliyyətini izləməkdə davam edəcək (Xülasənin sonu). 


Hökumətyönlü gənclər kimdir? 

Sentyabrın 2-də səfirlik rəsmiləri “İRELİ” İctimai Birliyinin rəhbəri ilə təşkilatın Bakının tarixi mərkəzindəki mənzil-ofisində görüşdü.

Bu qrup 2005-ci ildə Əliyev administrasiyasına açıq dəstək verən gənclər hərəkatı kimi yaranıb. 2008-ci ildə “İRELİ” İctimai Birliyə çevrilib və hüquqi baxımdan QHT kimi qeydiyyatdan keçib. Ədliyyə Nazirliyi onlara cəmi 3 ay ərzində qeydiyyat verib. Bu da Azərbaycanda QHT-lərin qeydiyyatı baxımından təəccüblü dərəcədə qısa zamandır.

Qrup iddia edir ki, hazırda 8 minə yaxın üzvü var və onların yarısı qadınlardır. Onun veb-saytı (www.ireli.az) peşəkar şəkildə hazırlanıb və diqqəti cəlb edən qrafikaya malikdir. Saytda YouTube videoları və radiotranslyasiya üçün bölmələr var. Təşkilatın Facebookda 1400 nəfərlik qrupu mövcuddur. Bu da hazırda həbsdə olan gənc blogger Adnan Hacızadənin gənclər təşkilatının qrupunun üzvlərinin sayından iki dəfə çoxdur.

Sədr Ceyhun Osmanlı söhbətin əsas hissəsini apardı. Görüş zamanı izah etdi ki, təşkilat üzvlərinin sayının çoxluğunda yox, keyfiyyətində maraqlıdır. Osmanlı həmçinin bildirdi ki, təşkilatın əsas məqsədlərindən biri öz şəbəkələrini formalaşdırmaqdır və onun üzvlərindən bir çoxu hazırda Azərbaycan hökumətində, habelə biznesdə yaxşı postlardadır. Ona görə də bir-birlərinə kömək edə bilirlər.

Qrupun liderlərinin çoxu xaricdə, ya ABŞ-da, ya Avropada təhsil alıblar və hamısı ingilis dilində əla bilir. Osmanlı özü ABŞ-da təhsil almayıb, ancaq o, Strasburqda, Avropa Şurasında üç il işləyib. Bu zaman əsasən ingilis dilindən istifadə edib. Osmanlının sözlərinə görə, qrupun məqsədi “gənclərin inkişafıdır”, lakin Osmanlı “gənclərin inkişafı” dedikdə spesifik olaraq nəyin nəzərdə tutulduğunu izah edə bilməyib. 



Hökumətyönümlü gənclərin hansı fəaliyyətləri var? 

Osmanlı “İRELİ”nin hazırda həyata keçirdiyi müxtəlif layihələri izah etdi. İl ərzində qrup Azərbaycanın regionlarında gənclər üçün bir həftəlik yay düşərgələri (cəmi 26) təşkil edib. Bu düşərgələrdə ümumilikdə 3000 gənc iştirak edib, arxeologiyadan fotoqrafiyaya, beynəlxalq münasibətlərə qədər bir çox məsələləri müzakirə ediblər.

Qrup həmçinin 2 il ərzində 1 milyon ABŞ dolları məbləğində layihə çərçivəsində bütün ölkə boyu 50 000 adama internetdən istifadə təlimi keçir. Onların notbuklarla və simsiz internetlə təchiz olunmuş xüsusi avtobusu var. Layihə qismən “Microsoft”və “Hewlett-Packard” şirkətlərinin ianəsi hesabına dəstəklənir. Qrupun məqsədi insanlara internetdə informasiyanı necə tapmağı öyrətməkdir. Bu layihənin bütün trenerləri “İRELİ” üzvləridir.

Digər layihədə “İRELİ” Azərbaycanın bütün jurnalistika fakultəsinin tələbələrinə treninq keçmək və onların arasından seçim edərək KİV-lərdə staj keçməyə göndərmək nəzərdə tutulur. Osmanlı bildirdi ki, bütün bu layihələrdə “düzgün tərəfdaşların olması çox mühümdür”.

Osmanlı həmçinin bildirdi ki, onlar yeni kampaniya da başlayıblar. Bu kampaniya çərçivəsində gənclər öz “layihə təşəbbüslərini” irəli sürə bilərlər və “İRELİ” həmin təşəbbüslərin maliyyələşdirilməsinə, həyata keçirilməsinə kömək edəcək. 

Seçki planları  

Ramiz Məmmədli “İRELİ”nin ilin sonunda keçiriləcək bələdiyyə seçkiləri ilə bağlı layihəsinin rəhbəridir. Məmmədli dedi ki, “İRELİ” gənclərin bələdiyyə şuralarına namizədliklərini irəli sürməyə həvəsləndirmək və bu məqsədlə onlara treninq keçməyi planlaşdırır. Məqsəd seçkilərdə yaşı 35-ə qədər olan 5000 namizədin olmasıdır. Belə ki, hazırda bələdiyyə sədrlərinin cəmi 4 faizi gənclərdir.

Eyni zamanda Məmmədli bildirdi ki, QHT kimi onlar namizədlərin kampaniyasını maliyyələşdirə bilməzlər, onlar namizədlərə peşəkar hazırlıq keçə, həmçinin plakatların və vərəqələrin hazırlanmasında kömək edə bilərlər.

Məmmədli həmçinin dedi ki, qrup bu layihə çərçivəsində seçicilərin maarifləndirilməsi və onların səsvermədə iştirakı üçün heç bir təbliğat aparmayacaq.



Hökumətyönümlü gənclər Azərbaycan üçün nə etmək istəyir? 

Səfirlik rəsmilərinin Azərbaycanın 10 il sonra necə görünməli olduğuna dair sualına cavab olaraq Osmanlı bildirdi ki, Azərbaycan son 10 il ərzində böyük uğurlar əldə edib. O, bəyan etdi ki, Azərbaycan 10 il əvvələ qədər Afrika ölkələrinin səviyyəsində idi, ancaq indi inkişaf edir.

Osmanlı ümid edir ki, növbəti 10 il ərzində Azərbaycan təkcə iqtisadi baxımdan deyil, həm də mədəni baxımdan inkişaf etmiş ölkə olacaq. Osmanlı deyir ki, bu hədəfə çatmaq üçün etibarlı adamların lazımi yerlərdə olması çox mühümdür. O, dərhal əlavə etdi ki, Azərbaycanda indi də müvafiq adamlar müvafiq yerləri tuturlar, lakin bəzən müəyyən adamlar düzgün istiqamətdə işləmirlər.

Osmanlı dövlətin müstəqilliyinin ən mühüm məsələ olduğunu da bildirdi. Eyni zamanda “İRELİ” kiməsə qarşı deyil, onlar sadəcə olaraq özlərini göstərmək istəyən adamlarla və demaqogiya ilə razı deyillər.

Azərbaycanın gələcəyi elə bizim kimi görünəcək” - Osmanlı əlavə etdi. 









ŞƏRH 

Bu görüşlə “Dalğa” və “Ol” şəbəkəsi kimi digər azərbaycanlı gənclər qrupları ilə görüş arasında ziddiyyətlər heyrətə salır. Demokratiya, insan haqları və azadlıq sözləri bizim Osmanlı ilə bir saatdan çox çəkən görüşümüzdə bir dəfə də olsun səslənmədi. Bunun əvəzində həmin gənclərin dilində ancaq “inkişaf” sözü eşidilirdi.

Burası aydındır ki, Azərbaycan hökumətini dəstəkləyən bu qrupun öz məkrli tərəfi, Moskvadakı hökumətyönlü  “Naşix” və “Molodoy Rossii” gənclər qrupları  ilə dəqiq bənzərlikləri var. Hərçənd ki, zorakı tendensiyalardan uzaqdır.

Qruplar halında arxeoloji ekspedisiyalara getmək isə sovet dövrünün köhnəlmiş stereotiplərini xatırladır. Bununla belə Osmanlı və onun “İRELİ” üzvləri çox güman ki, həbsdəki bloggerlər Emin Milli və Adnan Hacızadə kimi Azərbaycanın gələcək rəhbərləri olacaqlar. Və buna görə də səfirlik bu qrupla məşğul olmaqda və onların fəaliyyətini izləməkdə davam edəcək. Bir çox hallarda bunlar kimi gənc liderlər hökumətyönümlü mövqelərinə baxmayaraq QHT-lərin və internetə maneəsiz girişin mühüm müdafiəçiləri ola bilərlər (Donald Lu).

Virtualaz.org


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar