Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ceyhun Osmanlı bunu gizlətmir..-Video


Ölkədə ən diqqət çəkən xəbər millət vəkili Ceyhun Osmanlı ətrafında yaranan növbəti qalmaqaldır.


Bunadək Ceyhun Osmanlı nurçuluqda ittiham edilmişdi. Nurçuların mərkəzi kimi isə Amerika Birləşmiş Ştatlarının Pensilvaniya ştatı göstərilir. İndi isə onu ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinə işləməkdə günahlandırırlar. 

Məhz millət vəkili Ceyhun Osmanlı ətrafında əcinnə ovu davam edir. Bu dəfə o, ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinə işləməkdə günahlandırılır. Bu ittihamla virtualaz.org saytı məlumat yayıb. Məlumatla yanaşı ABŞ-ın Azərbaycandakı səfirliyindən - Vaşinqtona, Mərkəzi Kəşfiyyat İdarəsinə, Dövlət Departamentinə, ABŞ-ın Avropadakı qoşunlarının komandanlığına və s. rəsmi qurumlara göndərilən tam məxfi qrifli diplomatik teleqramın surəti də yer alıb.

Məlumatda Ceyhun Osmanlı 2 il ərzində 1 milyon ABŞ dolları müqabilində layihə çərçivəsində bütün ölkə boyu 50 min adama internetdən istifadə təlimi kecməyə boyun olduğu bildirilir. Daha doğrusu, onun rəhbəri olduğu “İrəli” hərəkatının...
Sual yarana bilər ki, burda müəmmalı nə var. Yəni “İrəli” qeyri-hökumət təşkilatıdırsa və bütün QHT-lər kimi onun da çörəyi qrantdan çıxırsa, niyə onun layihəsi şübhə altına alınmalıdır?

Elə bu suala da birinci xəbərin yayıldığı saytın rəhbərinə - jurnalist Eynulla Fətullayevə müraciət etdik. 
Eynulla Fətullayev sualın qarşısına sualla çıxdı. "Ceyhun Osmanlı jurnalist Xədicə İsmayılı Amerika kəşfiyyatına işləməkdə ittiham edərkən nəyi əsas gətirirdi?" - deyə soruşdu.

Əlbəttə, mənim cavabım həmkarımı razı saldı. Söhbət Xədicə İsmayılın amerikalılarla görüşməyindən gedir ki, Eynulla Fətullayevin fikrincə, Ceyhun Osmanlı da eynən o xanım kimi davranıb. Amerikalılarla görüşüb və üstəlik 1 milyonluq layihəyə imza atıb.

Ceyhun Osmanlı özü isə amerikalılarla görüşdüyünü gizlətmir, pul aldığını isə cəfəngiyyat sayır. 
Millət vəkili Ceyhun Osmanlı bildirdi ki, Dövlət Departamenti ilə belə bir layihəmiz olmayıb: “Biz heç bir zaman razılaşmamışıq ki, əgər hər hansı bir xarici qonaq ölkəyə gəlirsə, onlar təkcə müxalif gənclərin fikirlərini dinləsinlər. Biz hər zaman ona nail olmuşuq ki, iqtidar gəncliyinin mövqeyi aydın bir şəkildə hər kəsə bəlli olsun”. 
Əslində bu mövqe ABŞ-ın Bakıdakı keçmiş müvəqqəti işlər müvəkkili Donald Lunun şərhində də özünü göstərir. O deyir ki, hökumətyönlü mövqelərinə baxmayarq bu gənclər QHT-lərin və internetə maneəsiz girişin mühüm müdafiəçiləri ola bilərlər.

Maraqlıdır, əgər ortada Ceyhun Osmanlının dediyi kimi, 1 milyonluq layihə yoxdursa, onda Donald Lu niyə bu gəncləri internetin müdafiəçiləri gözündə görür? Və yaxud bu layihə varsa və məqsədi də gənclərə interneti öyrətməkdirsə, onda bunu gizlətməyin nə adı var? 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Növbəti köç karvanı Füzuliyə çatıb, açarlar təqdim olunub - Yenilənib

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Ən çox oxunanalar