Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Cəzaçəkmə müəssisəsində qiyam baş verib


14 saylı cəzaçəkmə müəssisəsində məhkumların qiyamı baş verməsi haqda məlumat yayılıb


Bu barədə Pia.az-a daxil olan məlumata görə məhbuslar cəzaçəkmə müəssisəsindəki dözülməz şəraitə, müəssisə rəhbərliyi və əməkdaşlarının kobud rəftarına etiraz edirlər. Ehtimal olunur ki, vəziyyətin nəzarətdən çıxdığını görən müəssisə rəhbərliyi yuxarı instansiyaya müraciət edib və nəticədə ora xüsusi təyinatlı qoşun hissələri yeridilib. Hazırda müəssisənin ətrafında çoxsaylı post patrul xidməti maşınları var. 

Siyasi məhbuslar Yadigar Sadıqov, Qurban Məmmədov, jurnalist Sərdar Əlibəyli də orada saxlanılır. 14 saylı cəzaçəkmə müəssisəsində əsasən az ağır cinayətlərə görə məhkum olunan, ilk dəfə məhkumluq həyatı yaşayan şəxslər saxlanılır. Buna baxmayaraq, müəssisə məhbuslar üçün ən ağır müəssisələrdən biri kimi tanınır. Qaradağ rayonu, Qızıldaş qəsəbəsi ərazisində, daş karxanalarının yaxınlığında yerləşən 14 saylı cəzaçəkmə müəssisəsi küləkli havada vəziyyət dözülməz olur.

Penitensiar Xidmətin mətbuat xidməti məsələ ilə bağlı sorğumuzu yazılı şəkildə cavablandırıb. Həmin cavabı təqdim edirik: “22.12.2014-cü il səhər saat 10 radələrində 14 saylı cəzaçəkmə müəssisəsində bir neçə məhkum daxili intizam qaydalarını kobud surtədə pozaraq, digər məhkumların həyat və sağlamlıqlarına təhlükə yarada biləcək hərəkətlərə yol veriblər. Ədliyyə Nazirliyinin rəhbərliyinə hadisə barədə məruzə edilib. Müəssisənin ətrafına aidiyyəti qurumların əməkdaşları cəlb olunublar. Penitensiar xidmətin Baş idarəsinin rəhbər əməkdaşları müəssisəyə daxil olaraq, daxili intizam qaydalarını pozmağa cəhd edən məhkumlara qanunun tələblərini izah edib və qısa zaman ərzində cəzaçəkmə müəssisəində sabitlik bərpa edilib. Cəzaçəkmə müəssisənin ətrafına gətirilmiş xüsusi qüvvələr dislokasiya yerlərinə qaytarılıb. Penitensiar xidmət rəhbərliyi bir daha bəyan edir ki, cəzaçəkmə müəssisələri daxilində əmin-amanlığı pozmağa yönələn hərəkətlərin qarşısı qanun çərçivəsində qətiyyətlə alınacaqdır”.

Qeyd edək ki, 2012-ci ilin sentyabrın 9-da da 14 saylı CM-də qiyam baş vermişdi. 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 18 məsələ var

Növbəti köç karvanı Füzuliyə çatıb, açarlar təqdim olunub - Yenilənib

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Ən çox oxunanalar