Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Çevriliş cəhdinin anatomiyası


15 iyul gecəsi Türkiyə eyni anda çevriliş cəhdini, üsyanı və əslində, öz tarixində dinc adamlara yönəlik ən böyük terror hücumunu yaşayaraq, çox ciddi demokratiya sınağından keçdi


Ağrı-acının təzə olduğu bir vaxtda danışmaq, yazmaq istəmirdim. 

Çevriliş cəhdi zamanı həlak olan qəhrəman vətən övladlarının, özəlliklə gözünü qırpmadan, hərbçi andına sadiq qalıb çevriliş törədənlərə qarşı çıxarkən şəhid olan can qardaşım Ömer Halisdemir-in ruhu şad olsun deyirəm. O gülərüz Ömer-i vəonun «komandir, gəlin, menemen (pomidorla yumurta qayğanağı – tərc.) yeyirik» səsini həmişə xatırlayacağam....

Öncə konkret gerçək: Qeyri-demokratik yollarla iş başına gələn ən yaxşı hərbi hakimiyyət də seçkiylə hakimiyyətə gələn ən pis hakimiyyətdən daha pisdir. 15 iyul gecəsi xuntanın «evlərinizə qayıdın, küçəyə çıxmaq yasağı başlanıb» mesajlarına baxmayaraq, küçələrə çıxan on minlərlə Türkiyə vətəndaşının verdiyi cavab bu idi: «Seçkiylə gələn, seçkiylə gedər» («Bəs seçkiylə getməz istəməzlərsə, onda necə» sualı bir başqa mübahisənin mövzusudur).

NƏ OLDU?

İyulun 15-də axşam istirahətə getdiyim Balikesirdən İstanbula gəlib avtovağzalda endim. Saat 22 radələrində əsgərlərin Bosfor boğazında hər iki körpünü bağlaması, Türkiyənin hava ərazisinin uçuşlara qapalı olması, havada hərbi təyyarələrin şığıması barədə xəbərlər gəlməyə başladı. Elə bildim terrorçular təyyarə qaçırıblar. Ancaq sonradan həm İstanbuldan, həm də Ankaradan gələn atışma xəbərləri bunun terrordan fərqli bir şey olduğunu göstərdi. O şeyin nə olduğunu baş nazir Binali Yıldırım canlı yayımda - ekranlardan bildirdi. Bu, siyasi hakimiyyəti ələ keçirmək məqsədi güdən çevriliş cəhdiydi. Daha sonra prezident Recep Tayyip Erdoğan telekananallarla canlı telefon bağlantısına girdi və baş verənlərin təxminən iki ildir Türkiyə Silahlı Qüvvələrinə sızdığı söylənən Fethullah-çı Terror Orğütünün (FETÖ) çevriliş cəhdi olduğunu deyib, xalqı küçələrə çağırdı.

Türkiyə tarixində ilk dəfə F-16-lar Ankarada parlament binasını bombaladı. Gecə isə Müdafiə Nazirliyinin rəsmi saytına qoyulan çevriliş elanı dövlət televiziyasında elan edildi. İyulun 16-da səhərə yaxın küçələrdə atışmalar səngidi. Günortadan sonra həyat normallaşmağa başladı.
LG


​KİMLƏR ÇEVRİLİŞ ETMƏK İSTƏDİLƏR?

Hər nə qədər hüquqi yollarla bu sualın cavabını alsaq da, bunu edənləri belə sıralamaq olar:

1. FETÖ(Fethullah Gülen-in terror təşkilatı qısaca belə adlanır – red.) üzvü olan hərbçilər. Onlar 15 iyul gecəsində çevriliş mexanizminin beyni rolunu oynadılar. Azarkeşi olduğunuz futbol komandasını düşünün. Məsələn, sizin komandanız «Beşiktaş»dır. Biri sizə «işdə özünü «Galatasaray»lı kimi göstər» desə, ona necə yanaşardınız?Beşiktaşlı olmaq mənliyinizin, şəxsiyyətinizin, əxlaqınızın bir parçasıdırsa, bu sizə əcaib görünər və elə görünməyi özünüzə sığışdırmazdınız. Ancaq gördüyümüz qədər bu çevriliş cəhdinə qatılan hərbçilərin böyük bir hissəsi futbol tərəfdarlığı bir tərəfə, içdikləri hərbi andı, millətinə, torpağına olan sədaqəti də unuda biləcək «Frenkenştayn kimliyi»ni illərlə gizli saxlaya biliblər. Yüzlərlə parlaq və 15-20 illik hərbi keçmişi və karyerası olanlardan söhbət gedir. Bu adamlar 15 iyul gecəsi millətini, torpağını, bütün sevdiklərini SATMAQ bahasına Frenkenştayn kimliyinə büründülər. Əminəm ki, gələcəkdə bu mövzuda çox yazıb-pozacaqlar.

2. FETÖ-çu olmayan, dünyəvilik heysiyyəti olan və hökumətə qarşı çıxan hərbçilər. Tutulanların siyahısına baxanda, «qatı dünyəvi» və «qatı Atatürkçü» hərbçilərin də adlarını görmək olur. Bundan başqa siyahıda şəxsi mənfəətləri və hərbi karyeraları naminə xuntaya qatılanlar da var.

Bu çevriliş cəhdi ilə bağlı məhkəmə prosesləri başlayanda, qeyd etdiyim qrupdakı hərbçilərin hamısı özlərini «Atatürkə, Cümhuriyyətin əsas dəyərlərinə bağlı, dünyəvi, Qərb və çağdaşlıq tərəfdarı, demokratik» göstərəcək. Bu səbəbdən, yuxarıdakı fərqli kateqoriyalar bir-birinə qarışacaq. Məhkəmə vaxtı hörmətli hakim və prokurorların ən böyük problemi çevriliş cəhdinin əsas «ideoloji gərəkcəsini» dəqiqləşdirib sübut etmək olacaq.

ÇEVRİLİŞ MEXANİZMİ NECƏ İŞLƏYƏCƏKDİ?

Mən xuntaçıların üçmərhələli çevriliş mexanizmi planlaşdırdığını düşünürəm. Birinci mərhələdə öncə Ankara, sonra İstanbuldakı əsas hərbi qərargah və birliklər içərisində «xuntanın hərbi hakimiyyəti» təmin olunacaq və ardından bu hakimiyyət ölkənin başqa ərazilərinə yayılacaqdı. Ən axırda... cəmiyyətə xunta hakimiyyətini silah gücü ilə yeridəcəkdilər.

Qiyamçı qılığında Türkiyə Silahlı Qüvvələrinin 8 faizini təşkil edən hava gücləri və 15 faizini təşkil edən jandarma, sonra isə 12 faizini təşkil edən dəniz qüvvələri ön planda göründü. Silahlı qüvvələrin 65 faizini təşkil edən quru qoşunlarındansa qiyamçılara yetərincə dəstəkgözə dəymədi.

​QİYAMÇILARIN YERLƏRİ

Çevriliş cəhdindən sonra tutulan hərbçilərin təxminən 30 faizi Ankaradan, 20 faizi İstanbul, Bolu, Kocaeli və ətraf ərazilərdəndir. Bu gerçək çevrilişə cəhddə Ankara və İstanbulun önəmini ortaya çıxarır. Yəni, «əvvəlcə Ankara və İstanbulda hərbi hakimiyyəti qur, sonra digər bölgələrə apar» strategiyasından söhbət gedir.

HƏRBİ ÇEVRİLİŞƏ CƏHD NİYƏ UĞURSUZ OLDU?

Bunun əsas səbəbi İstanbuldakı 1-ci ordu komandanı Ümit Dündar-ın 15 iyul gecəsi Marmarisdə dincələn prezident Erdoğan-a zəng edib baş verənlər haqda onu məlumatlandırması, onu Ankaraya deyil, İstanbula getməyə çağırmasıdır. Bu xəbərdarlıq nəticəsində prezident Marmarisi təcili tərk edə bilib. Qiyamçılarsa ora prezidentdən bir saat sonra basqın etdi. Prezidentin İstanbula yola çıxması bu planın pozulmasının başlıca nöqtəsidir. Ü.Dündar-ın mətbuat konfransı keçirib Türkiyə Silahlı Qüvvələrinin deyil, bir qrupun çevriliş etmək istədiyini söyləməsi də önəmli səbəblərdəndir. Əsgərlərin çoxunun aldadılaraq «terror var» deyərək küçələrə çıxarılması, onların xalq qarşısında çaşqınlığı hərbçilərin küçədəki hakimiyyətini puça çıxardı. Həmin gecə bütün telekanallarda çevriliş əleyhinə proqramların yayılması iki əsas saatda hökumətə psixoloji üstünlük qazandırdı. Müxalifət partiyalarının çevrilişə qarşı olması, demokratiya çağırışları da az rol oynamadı. Xuntanın koordinasiyalı hərəkət edə bilməməsi, yüksəkrütbəli qiyamçıların xalqın iradəsindən xəbərsiz olması da səbəb sayıla bilər.

ÇEVRİLİŞ BAŞ TUTSAYDI, NƏLƏR OLARDI?

Çevriliş baş tutsaydı, Türkiyə Silahlı Qüvvələri arasında böyük bir parçalanma olacaqdı. Üstəlik, qiyamçıların küçələrə çıxan adamlara qarşı silah işlətməkdən başqa yolu qalmayacaqdı. Belə bir durumda Türkiyədə daxili savaşa yol açan xaos dönəmi başlayacaqdı.

İNDƏN BELƏ NƏ OLACAQ?

İndi bu sual tez-tez verilir. 15 iyuldan kim qazandı: demokratiya, yoxsa prezident Erdoğan? Əslində, bu suala yaxın zamanda prezidentin atacağı addımlar cavab verəcək. Özəlliklə ölkənin cənub-şərqindəki yüksəkrütbəli hərbçilərin kütləvi həbsindən sonra PKK ilə toqquşmaların necə bitəcəyi ayrıca önəm daşıyır.

ÇEVRİLİŞ TÜRKİYƏ SİLAHLI QÜVVƏLƏRİNƏ NECƏ TƏSİR GÖSTƏRƏCƏK?

Müdafiə nazirinin indən belə atacağı addımlar bu suala cavab olacaq. Ancaq Suriyaİraq böhranı, daxili təhlükəsizlik, PKK və İŞİD-lə mübarizə orduya çətin dönəm yaşatdığından onun çevrilişə cəhddən böyük bir yara aldığını gözardı etmək olmaz.

Türkiyə Silahlı Qüvvələri çağdaş Qərbə dayanan, üzü Qərbə çevirən qatı dünyəvi bir qurumdur. Bəs indən belə ordu dünyəvi xarakterini yumşalda, dinə sayqılı bir ordudan «din ordusu» halına gələ bilərmi? Antiqərb xarakterinə bürünərmi? «Hər şeydə bir xeyir var» anlayışından baxarkən, çevriliş cəhdindən ən çox təsirlənən Türkiyə Silahlı Qüvvələrinin imicini, beynəlxalq aləmdəki etibarını yıpratmamağa çalışmaq lazımdır. Məsələn, xuntaya qarşı haqlı qəzəbin bütövlükdə orduya yönəltməmək, Twitter, Facebook və başqa sosial şəbəkələrdə hərbçilərlə bağlı paylaşımlara diqqət etmək gərəkdir. Bu çevriliş cəhdindən sonra Türkiyənin, əslində, yarımçıq qalan əhali-hərbçi münasibətləriylə bağı islahatlar daha geniş perspektivlə ələ alınmalı, polis və təhlükəsizlik qüvvələrini əhatə etməklə yenidən biçimlənməlidir.

Metin GÜRCAN
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Ən çox oxunanalar