Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Çimərliklərdə skuter sürmək niyə qadağandır?


Çimərlik ərazisində skuterin idarə olunması qadağandır


Bunu Trend-ə açıqlmasında Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin sektor müdiri Mansur Piriyev deyib.

Onun sözlərinə görə, sularda nəqliyyat vasitələri, eyni zamanda, skuterlər ancaq işarələnmiş müəyyən xətt üzrə idarə olunmalıdır. Bunu insanların orada istirahətdə olmaları ilə əlaqələndirən sektor müdiri həm istirahət obyektlərini, həm də əhalini təhlükəsizlik qaydalarına riayət etməyə çağırıb: “İlk növbədə, 18 yaşına çatmayanlara skuterləri idarə etmək olmaz. Bu, qəti qadağandır. Sürücülük vəsiqəsi olmayanlara, spirtli içki qəbul etmiş şəxslərə də skuter vermək düzgün deyil. Bununla yanaşı, skuterləri icarəyə verən istirahət obyektləri də bilməlidir ki, həm küləkli havada, həm də hava qaralan zaman insanları bu nəqliyyat vasitələrini istifadə etməkdən çəkindirmək lazımdır”.

Bütün bunlarla bağlı təmsil etdiyi qurumun mütəmadi monitorinq və reydlər apardığını deyən M.Piriyev insanların təhlükəsizliyi üçün maarifləndirmə işinin vacib olduğunu gizlətmir. Sektor müdiri istirahət obyektlərinə sözügedən məsələ ilə bağlı tövsiyələr verildiyini, lakin hələ ki qaydaları pozanlara qarşı cəzaların tətbiq olunmadığnı vurğulayıb: “Dənizin kənarında xeyli lövhələr quraşdırmışıq. Həmin lövhələrdə skuterlərlə dənizə daxil olanlara xəbərdarlıq, onların təhlükəsizliyə əməl etmələri ilə bağlı informasiyalar qeyd olunub. Cərimələrə gəlincə, bununla məşğul olan aidiyyəti qurumlar var. Konkret olaraq cəzalar tətbiq etmirik. Amma gələcəkdə belə hallar baş verərsə, obyektlərə müəyyən cərimələr tətbiq oluna bilər. Bununla bağlı aidiyyəti qurumlara təkliflər verilib”.

Qeyd edək ki, iyulun 31-də Novxanı çimərliyində tanınmış müğənni Tacir Şahmalıoğlunun 36 yaşlı qardaşı Mahir Allahverdiyev skuterlə çimərlikdə hərəkətdə olarkən suda batdığından bu mövzu yenidən gündəmə gəlib. Xilasedicilərin axtarışlarına baxmayaraq, onun cəsədini tapmaq hələ mümkün olmayıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Azərbaycan Kuboku: "Qarabağ" cavab matçında da "Neftçi"yə qalib gələrək finala yüksəlib

Ən çox oxunanalar