Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Çin Şərqdə öz NATO-sunu yaradır


ABŞ-ın dünya liderliyi mövqelərindən çəkilməsi rəsmi Pekini hərəkətə keçirir; Çin Avrasiyada müxtəlif qütblərdə yerləşən dövlətləri öz liderliyi ətrafında toplayır


Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) Çin və Rusiya liderliyində Avrasiya regionunda təhlükəsizliyin təmin edilməsi üzrə blok sayılır. Son illərdə Qərb, xüsusilə də ABŞ mətbuatında təşkilata olan maraq və müşahidə olduqca artıb.

The Washington Post qəzetinin yazdığına görə, ŞƏT-i indidən şərqin NATO-su hesab etmək olar. Bununla bağlı Birləşmiş Ərəb Əmirliklərində yerləşən Zayed universitetinin politologiya üzrə professoru Conatan Fultonun məqaləsi xüsusilə maraqlıdır.

ŞƏT-in Qazaxıstanda keçirilən sammitində iştirak edən ekspert Hindistan və Pakistanın üzvlüyə qəbul edilməsini təşkilat tarixinin yarnma günündən sonra ən vacib hadisəsi hesab edir.

Müəllifini düşüncəsinə görə, artıq gündəmdə İranın üzvlüyü məsələsi durmaqdadır, Türkiyənin daxil olması isə daha real xarakter almağa başlayıb: “Əgər Yaxın Şərqdə ŞƏT-in genişlənmə prosesi davam etsə, bu, ərəb ölkələrində də üzvlüyə daxil olmaqla bağlı marağı artıracaq.

ABŞ-ın “İran körfəzindəki ərəb ölkələri şurası”nın (İKƏÖŞ) üzvləri və Qatar arasındakı mübahisə ilə bağlı tutduğu mövqe və Vaşinqotonun dünya liderliyindən çəkilməsi ilə bağlı yaranan təəssürat Yaxın Şərq liderlərini təhlükəsizlik üzrə potensial partnyorların axtarışına çıxmağa sövq edib”.

Fultonun düçüncəsinə görə, İran vvə Türkiyənin Şanxay təşkilatına üzvlüyü yalnız təşkilatın genişlənməsi anlamına gəlməyəcək. Bu həm də Çinin “Bir kəmər, bir yol” strategiyasının həyata keçməsi demək olacaq. Adı çəkilən strategiya Avrasiya boyunca yeni İpək yolunun yaradılmasını nəzərdə tutur. Bu, həm də Çin lideri Si Tsinpinin xarici siyasətinin əsas məhək daşıdır.

Müəllifin fikrincə, “İran “Bir kəmər, bir yol”un vacib partnyorudur. O, investisiya və infratruktur layihələrin icrası yolunda “Çin-Mərkəzi Asiya-Qərbi Asiya” iqtisadi dəhlizinin iki son nöqtəsindən biridir. Türkiyə isə “Çin-Mərkəzi Asiya-Qərbi Asiya” iqtisadi dəhlizinin ikinci çıxış nöqtəsidir”.

Müəllif ŞƏT-in İran və Türkiyə ilə genişlənməsinin Çin üçün risq daşıdğını da yazır. Onun fikrincə, İran və Türkiyə ilə yaxın münasibətlər Çinin İKƏÖŞ ölkələri ilə əlaqələrini mürəkkəbləşdirə bilər: “Çünki Çinin neft ehtiyacının 30%-i İranla düşmən Oman, Səudiyyə Ərəbistanı, Küveyt və BƏƏ vasitəsilə təmin olunur. Onların qarşısında duran, o cümlədən Türkiyə və İran tərəfindən dəstəklənən Qətər isə təbii qaz enerjisində Çində ən böyük bazar payına malikdir”.

Müəllif belə situasiyalarda Çinin heç vaxt kiminsə tərəfini tutmadığını qeyd edir. Lakin İranın ŞƏT-ə üzv olması perspektivi Çinin İran körfəzində hansı tərəfə üstünlük verdiyini açıq göstərir.

Buna rəğmən Fulton Pekinin bu məsələdə də təşəbbüsü öz əlinə alacağını bildirir. Ən azından ortada bir-birini görməyə gözü olmayan və tez-tez toqquşan Hindistan və Pakistanın təşkilata üzvlük örnəyi var.

Əgər İranın ŞƏTdəki üzvlüyü təsdiqlənsə ona düşmən olan ərəb dövlətlərinin də gələcəkdə belə qddım atacağını isitsna etmək olmaz.

Müəllif bütün bunların ABŞ-ın öz liderlik rolundan imtina etməsinin nəticəsi olduğunu düşünür. Onun fikrincə, Vaşinqtonun qeyri-müəyyən siyasəti əvvəllər ABŞ-ın tam nəzarəti altında olan İran körfəzini böyük dövlətlərin ambisiyalı planlarının meydanına çevirir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Ən çox oxunanalar