Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Çin valyuta müharibəsinə başlayıb


Çin Xalq Bankı maliyyə bazarları üçün, gözlənilmədən – ikinci dəfə yuanın rəsmi məzənnəsini aşağı saldı


Çin, əvvəlcə yuanı ABŞ dolları qarşısında 1,9 faiz endirdikdən sonra, bu göstəricini yenidən əlavə olaraq 1,6 faiz də azaltmaq qərarına gəldi. Yeni devalvasiyanın Çinin ixracatının keçən ilin iyul ayına nəzərən 8,3 faiz azalmasının elan olunması fonunda baş verməsi də maraq doğurur. 

Pekindəki məmurlar, devalvasiyanı son statistik məlumata əsasən həyata keçirdiklərini gizlətmirlər. Onlar bildirirlər ki, yuanın məzənnəsinin aşağı salınması Çin ixracatını müdafiə etmək və onu yüksəltmək üçün nəzərdə tutulmuş maliyyə siyasətidir. (Deutsche Welle)

Bu şərh dünya maliyyə bazarlarını sakitləşdirməyib. Çin iqtisadiyyatının zəifləməsini təsdiq edən yeni rəqəmlər, neft və digər xammal məhsullarının qiymətlərinin düşməsinə səbəb olub. Məlumdur ki, Çin böyük xammal istehlakçısıdır. Rusiya rublunun da məzənnəsi kəskin aşağı enib. Fond birjalarında, əsasən Almaniya avtomobil konsernlərinin səhmlərinin qiyməti aşağı düşüb. Çünki onlar üçün Çin satış bazarları mühüm rol oynayır. Son dövrlər çinli alıcılarla aktiv şəkildə işləyən “Apple” şirkətinin qiymətli kağızları da dəyərdən düşüb. İnvestorların kəskin reaksiya göstərməsi, əsas etibarı ilə baş verənlərin gözlənilməz olması ilə bağlıdır. Birinci devalvasiyadan sonra Çin Xalq Bankı bunun birdəfəlik tədbir olduğunu bildirmişdi. Lakin buna baxmayaraq ertəsi gün yeni bir devalvasiya addımı atıldı. Baş verən yeni devalvasiya ilə əlaqədar, Çin Xalq Bankın izahı dəyişmədi. Onlar bildirdilər ki, indiki vəziyyətdə yuanın məzənnəsinin yenidən dəyişilməsinə ehtiyac görmürlər.

Çin maliyyəçilərinin vəziyyəti şərh etmələrinə ekspertlər müxtəlif cür yanaşsalar da, onlar bir məsələdə tam yekdil fikirdədirlər. Ekspertlərin mülahizələrinə görə, Çinin ixracatının müdafiə olunması adı altında gördüyü tədbirlər, heç də onların yeganə məqsədi deyil. Asiya üzrə “Morgan Stanley” investisiya bankının keçmiş direktoru və dünyanın ən tanınmış analitiklərindən olan Stiven Rouçun sözlərinə görə, ixrac məhsullarının rəqabətə davamlı olması və istehsal xərclərini azaltmaq üçün dövlətin düşünülmüş şəkildə öz valyuta məzənnəsini aşağı salması yolu ilə, Çin, valyuta müharibəsində real mərhələyə keçid edib. Çinin birinci devalvasiya addımından sonra “Bloomberg” agentliyinə müsahibə verən S.Rouç bildirib ki, dünya iqtisadiyyatının indiki ləng hərəkəti dövründə və zəifləyən Çin ixracatının gücləndirilməsi üçün 1,9 faizlik devalvasiya azlıq təşkil edəcək.

Valyuta müharibələri mövcusu dünya birjalarına təsirsiz ötüşməyib. Satışlar zamanı Cənubi Koreya, Malayziya və İndoneziya valyutası da zəifləyib.

Amerikanın “Pimco” şirkətinin keçmiş aparıcı iqtisadçısı Pol Makkalinin fikrinə görə, Çinin həyata keçirdiyi indiki devalvasiya, valyutanın sadəcə olaraq təkcə dəyərdən salınması yox, həmçinin, Pekinin yuanı dünyanın ehtiyat valyutaları içərisinə daxil etməsi cəhdidir.

Vaşinqtonda yerləşən Beyəlxalq Valyuta Fondu ümumiyyətlə Çinin bu istiqamətdəki fəaliyyətlərindən razı qalıb. Amma Çinin öz valyutasını devalvasiya etməsi Amerika hökumətini narazı salıb. ABŞ Maliyyə Nazirliyi bildirib ki, Çinin bazar prinsiplərindən yayınmaqla valyuta məzənnəsini formalaşdırması arzuolunmaz hadisədir.

Xatırlatmaq istərdik ki, amerikalı maliyyəçilərin hesablamalarına görə, bazarın xüsusiyyəti yuanın bahalaşmasına yol açmalıydı və müvafiq olaraq da bu gediş ABŞ ixracatçılarının xeyrinə işləməliydi. Amma indi vəziyyət dəyişib. Beləki, Vaşinqtondakı siyasətçilər öz narazılıqlarını gizlətməyiblər. Demokratlar partiyasından olan senator Bob Keysi prezident Barak Obamaya çağrış edərək bildirib: ”Çinin razılaşmanı yerinə yetirməməsinə daha aktiv şəkildə diqqət etmək lazımdır. Bu gün Pekin özünü valyuta möhtəkiri kimi aparır”.

Böyük beynəlxalq şirkətlərin nümayəndələri Çinin devalvasiyaya getməsini və bu ölkənin iqtisadi böyüməsinin ləngiməsini çox təmkinlə şərh edirlər. Almaniyanın “Siemens” konsernin idarə heyətinin sədri Jo Kezer baş verənlər qarşısında təlaş keçirməməyə çağırıb. Məsələ ilə əlaqədar CNBS kanalına müsahibəsində o deyib: ”Uzun müddətli perspektiv üçün narahatlığa gərək yoxdur. Çin iqtisadiyyatı əvvəlki kimi yenədə ildə 5-7 faiz böyüyür. Avropada bu templə böyüməni sadəcə olaraq, yalnız arzu edə bilərlər”.(AzPolitika.info)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Avropa çempionatı: Azərbaycan paraüzgüçüsü gümüş medal qazanıb

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 18 məsələ var

Ən çox oxunanalar