Çinin Sıçuan əyalətində 4 bal gücündə zəlzələ baş verib
“Report” xəbər verir ki, bu barədə Çinin Seysmoloji Mərkəzi məlumat yayıb. Yeraltı təkanlar yerli vaxtla bazar günü 3:24-də Aba-Tibet Syan muxtar dairəsinin Vençuan qəzasında qeydə alınıb. Zəlzələnin ocağı yerin 13 km. dərinliyində olub.
Dağıntı və tələfat barədə məlumat yoxdur.
pia.az