Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Çinə “müharibə” elan edən ABŞ dünyaya nə vəd verir? - “Reuters”


Proteksionist siyasət qlobal iqtisadi artıma böyük əngəl ola bilər


«Reuters» agentliyinin sorğuları iqtisadçıların çoxunun bu fikirdə olduğunu göstərib. Sorğulardan belə çıxır ki, Avropanın əsas ölkələrində seçkilər, Avropa Birliyi (AB) daxilindəki siyasi dəyişikliklər iqtisadiyyatın dirçəlməsinə maneə yaradıb. Millətçi meyllərin güclənməsi və bunun təzahürü olan səsvermə nəticələri – Donald Trampın gözlənilməz qələbəsi, Britaniyanın AB-dən çıxması (Brexit) iqtisadi tərəddüdləri artırıb. (Azadlıq radiosu)

DOLLAR BAHALAŞSA DA…

«Reuters» Avropa, Asiya və Amerikada 500-dən çox iqtisadçı arasında sorğu keçirib. Və onların çoxu ötən aylarla müqayisədə iqtisadi artımın olmayacağını, ən yaxşı halda, durumun dəyişməyəcəyini söyləyiblər. İqtisadçıların cəmi 10%-i qlobal iqtisadi böhran ehtimalından danışıb. Ümumilikdə isə, həm qlobal böhran, həm də qlobal artımdan danışanların sayı azdır.

Agentlik yazır ki, 3 ay öncə iqtisadçılar qlobal ticarətin inkişafının dünya iqtisadiyyatının dirçəlişindən ötrü vacib olduğunu deyirdilər. Amma yeni liderlərin proteksionist siyasəti bu perspektivin qarşısını almaqdadır.

«Dünyanın üzləşdiyi geosiyasi, siyasi və iqtisadi təhlükələr həm çox, həm də müxtəlifdir və ən qabarıq təhlükələrdən qurtarmaq heç də asan məsələ deyil». Bunu CA-CIB korporasiyasının baş iqtisadçısı Mayk Karey deyib. Onun sözlərinə görə, 2017-ci il təhlükəli görünməsə də, 2018 çox gərgin il ola bilər.

Sorğular göstərib ki, yeni seçilmiş ABŞ prezidenti Donald Trampın vədləri dolların dəyərini daha da artırsa da, dollar son 14 ildə ən yüksək həddə çatsa da, ABŞ valyutasının dayanıqlığıyla bağlı narahatlıq investorların tərəddüdlərini dağıtmır. 5 həftədən çoxdur yüksək həddə qalan yen daha etibarlı valyuta hesab edilir.

ABŞ-DA ARTIMA ƏN BÖYÜK ƏNGƏL

D.Trampın ticarətdə və miqrasiya siyasətində köklü dəyişikliklər etmək, eləcə də Çin məhsullarına tarifi artırmaqla bağlı planları, mütəxəssislərin fikrincə, iqtisadiyyatın üzərinə kölgə salıb, Çinlə ticarət müharibəsi təhlükəsi yaradıb. «Reuters»in sorğularına qatılan iqtisadçıların 2/3-dən çoxu D.Trampın proteksionist siyasətini dünyanın ən böyük iqtisadiyyatı olan ABŞ iqtisadiyyatına ən böyük təhlükə hesab edir, onun ABŞ-da artıma başlıca əngəl ola biləcəyini deyirlər.

Avropa ölkələrində isə avrozonanın ən dayanıqlı artıma sahib olmasıyla bağlı nikbinlik azalıb və iqtisadçılar hesab edirlər ki, bu nikbinliyi yalnız seçkilərin nəticələri, daha doğrusu, məyusluqla sonuclanmayacaq nəticələri bərpa edə bilər. Sorğularda iştirak edən mütəxəssislər bu il, ya da gələn il Avropada inflyasiyanın 2%-ə çatacağını gözlədiklərini deyiblər. Britaniyada isə «Brexit»dən sonra inflyasiyanın daha yüksək həddə çatacağı gözlənir.

D.Trampın ticarət siyasəti və dünya ticarətinin zəifləyəcəyi ilə bağlı gözləntilərə baxmayaraq, Çində artımın yüksələcəyi ehtimal edilir. İqtisadçılar dünyanın ikinci böyük iqtisadiyyatına malik Çində artımın bu il 6.5% olacağını deyirlər.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Ən çox oxunanalar