Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Çinlə ABŞ arasında hərbi toqquşma təhlükəsi


“Çin ABŞ-a Cənubi-Çin dənizində iğtişaşlar yaratmağa imkan verməyəcək”


21 oktyabr tarixində Amerikanın “USS Decatur” esminesi qanunsuz şəkildə Çinin ərazi sularına soxulub. 

ABŞ–ın bu cür hərəkətləri onun hegemonluq düşüncəsindən irəli gəlir. Amerika tərəfindən Cənubi-Çin dənizi akvatoriyasında yaradılan mübahisələr və əngəllər, yalnız ABŞ-ın beynəlxalq nüfuzunun hörmətdən düşməsini sürətləndirir.

Pekinin razılığı olmadan Amerikan hərbi gəmilərinin onun ərazi sularına girməsi, Çinin təhlükəsizliyinin, beynəlxalq hüquq normalarının və həmçinin bu dəniz zonasındakı mövcud sakitliyin pozulmasıdır. ABŞ tərəfindən həyata keçirilən bu təxribatçı hərəkət, növbəti dəfə ABŞ-ın Asiya-Sakit okean regionuna qayıtması strategiyasının mənfi enerjisini çılpaq şəkildə ortaya qoydu. Belə hərəkətlər Cənubi-Çin dənizi məsələsində Vaşinqtonun necə problem yaradıcı rol oynamasını göstərir.

Maraqlısı budur ki, ABŞ esminesinin Çin sularına daxil olması, Filippin prezidenti Rodriqo Dutertenin Pekinə səfəri ilə üst-üstə düşüb. Çin-Flippin münasibətlərinin yaxşılaşması fonunda və Cənubi-Çin dənizindəki problemin həllinin mümkünlüyü barədə ümidverici siqnalın gəldiyi bir vaxtda gərginlik yaratmaq və Cənubi-Çin dənizindəki sabitliyi pozmaq məqsədi ilə, ABŞ Çinin ərazi sularına hərbi gəmilər yollayıb.

Duterte özünün Çindəki çıxışında deyib: “Bizim Çinlə olan yaxşı münasibətlərimiz ABŞ-ı narahat edir”. Onun bu çıxışı Amerikanın hərəkətlərinin xarakterini yaxşı görməyə imkan verir. ABŞ-ın təxribatçı davranışı, onun hegemonluq inersiyası ilə hərəkət etməsindən irəli gəlir. Məhz həmin bu inersiya ABŞ-ın beynəlxalq nüfuzunun aşağı düşməsini sürətləndirir. İctimai rifahın yüksəlməsi üçün müsbət enerji təqdim etmək yönündə ABŞ-ın işi getdikcə çətinləşir.

49311_kst5grly9d

Əgər ABŞ beynəlxalq güc olmaq istəyirsə, onda digər ölkələrlə ümumi maraqların genişləndirilməsinə can atmalıdır. ABŞ, Cənubi-Çin dənizində üstünlük saxlamaq və aparıcı mövqedə dayanmaqdan ötrü, Çinlə mübahisəyə girişərək, ona daima çətinliklər yaradıb. Bu isə Çin ilə Filippin münasibətlərini korlayaraq regiondakı sabitliyi və sülhü pozub. Lakin bu cür fəndlər dünyadakı və regiondakı ümumi gedişi dəyişə bilməz. Hal-hazırda Filippin üçün özünün xarici siyasətində lazımi dəyişiklər aparmaq baxımından Çinlə əməkdaşlığın genişləndirilməsi əlverişlidir.

Milli suverenliyin və öz ərazi bütövlüyünün qorunması məsələsində Çinin qətiyyəti dönməzdir. Əgər bu ərazilər Çinə məxsus deyilsə, onda ona bu ərazinin heç balaca bir hissəsi də lazım deyil. Amma Çinə məxsus olan nə varsa, bütün sərtliyi ilə qorunacaq. ABŞ tərəfindən həyata keçirilən hərbi fəaliyyətlər üstün və aparıcı mövqeyin qorunmasına istiqamətlənib. Bu isə Çinə milli müdafiənin nə dərəcədə gücləndirilməsinin vacibliyini göstərir. Ona görə də, öz marqlarını müdafiə etmək naminə Çin hərbi imkanlarını real şəkildə möhkəmləndirməlidir. Çin özünün müdafiə qabiliyyətini möhkəmləndirmək istiqamətində hava və dəniz güclərinin imkanlarını müvafiq səviyyədə artırmalıdır. Cənubi-Çin dənizindəki sülh və sabitlik məsələsində Çin ABŞ-a iğtişalar yaratmağa imkan verə bilməz.(“Jenmin–Jibao”-Çin)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Dünyada cəmi beş ədəd olan avtomobildən biri satışa çıxarılıb - Foto

“Golden Boy” nominantları açıqlandı: Siyahıda üç türkiyəli futbolçu var

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

Ən çox oxunanalar