Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Çinli həkimin orqan ticarəti ilə bağlı şok etirafları


Kanadaya sığınan çinli bir həkim ölkəsində baş verən orqan ticarəti ilə bağlı etiraflar edib


 Bay Vang (kod adı) 10-15 il əvvəl Çində yaşadıqlarını bir qəzetə danışıb. Vang Çində həkim assistenti işlədiyi zaman insanların orqanlarının oğurlanmasına necə şahid olduğunu və həmin dəhşətli əməliyyatda iştirak etdiyini də ürək ağrısı ilə söyləyib.
 
Onun dediklərindən məlum olub ki, Çində hərbi xəstəxanalar illərlə edam olunası məhkumlardan orqan bankı kimi istifadə ediblər. 2000-ci ildən sonra isə həbsxanalarda insanlar hələ ölməmiş orqanları çıxarılaraq əsasən xarici ölkələrə satılıb. Bu, orqanların daha sağlam olmasını təmin etmək üçün olub:
 
"Mən 1990-cı ildə Liaoningdə "Shenyang" hərbi xəstəxanasının urologiya şöbəsində həkim kimi fəaliyyət göstərirdim. Bir gün klinikamızdakı hərbçilərdən birinə zəng gəldi. "Shenyang" rəsmiləri təcili olaraq, xüsusi vəzifə üçün həkim qrupu tələb etdi. Günortadan sonra mənimlə birlikdə iki tibb bacısı və üç həkimdən ibarət heyət yaradıldı. Ailələrimiz və dostlarımızla əlaqə saxlamağımız qadağan edildi. Həmin iş bitənə qədər hər cür xarici təmasdan məhrum edildik. Bizi içi xüsusi hazırlanmış mikroavtobusla vəzifə yerinə apardılar. Bizdən öndə isə hərbi maşın gedirdi və onu təqib edirdik. Çox sürətlə irəliləyirdik. Hara getdiyimizi bilmirdim, çünki mikroavtobusun şüşələri mavi parça ilə örtülmüşdü. Dağlıq ərazidə dayandıq, orada bir neçə əsgər keşik tuturdu. Bir zabit bizi qarşılamağa gəldi və Dalian şəhəri yaxınlığındakı hərbi həbsxanada olduğumuzu söylədi. Ertəsi gün tibb bacılarından biri qan testi üçün iki hərbçini təqib etdikdən sonra yenidən mikroavtobusa minməli olduğumuzu dedi. Yenə də tanımadığımız yerə gəldik. Bu dəfə ərazi əsgərlər tərəfindən üzük qaşı kimi mühasirəyə alınmışdı. Qısa müddət sonra dörd əsgər mikroavtobusa bir adam gətirdi və plastik torbanın üstünə qoydu. Həmin adamın boğazı, ayaqları və əlləri kabellə bağlanmışdı. Bununla onu tam zərərsizləşdirmişdilər. Bu cür bağlanmış adamın edəcəyi hər hansı hərəkət özünə zərər verəcəyi üçün heç nə edə bilmirdi. Ayaqlarını tutdum və bədəninin isti olduğunu hiss etdim. Həkimlər və tibb bacıları sürətlə əməliyyat paltarlarını geyindilər. Mənim assistent olaraq, vəzifəm böyrəyi və sidik kisəsini bir-birinə bağlayan sidik yolunu və qan damarlarını kəsmək idi. Tibb bacılarından biri onun köynəyini kəsdi və bədənini dezinfeksiya etdi. Adamın qarın bölgəsini üç dəfə dezinfeksiya edəndən sonra həkimlərdən biri neştərlə sinəsindən başlayaraq göbək dəliyinə qədər qarınını kəsdi. Adamın ayaqları titrəyirdi, amma səsi çıxmırdı. Həkim daha sonra qarın boşluğunu açdı və adamın bədənindən qan püskürməyə başladı. Bağırsaqları çölə sallandı. Həkim bağırsaqlarını kənara itələdi və dərhal böyrəyini çıxarmağa başladı. Digər həkim isə o biri tərəfdən digər böyrəyi kəsməyə çalışırdı. Həkimin əmri ilə venalarını kəsdim. Elə həmin dəqiqə qan üstümə fışqırmağa başladı. Damarından hələ də qan axırdı. Və bu, onun həyatda olduğunun ən böyük əlaməti idi... Həkimlər böyük ustalıqla və sürətlə işləyirdi. Əməliyyat bitdi və hər iki böyrək termostatik bir qaba qoyuldu. Digər həkim mənə gözləri çıxarmağımı əmr etdi. Adamın üzünə baxdım, mənə dəhşətlə baxırdı. Göz qapaqları hələ də tərpənirdi. Hər şeyə rəğmən hələ də sağ idi. Birdən titrəməyə başladım. Hərəkət edə, heç nə düşünə bilmirdim. Qorxunc hisslər idi. Əvvəlki axşam əsgərlər danışanda qulağım bəzi sözləri almışdı. Əsgərlərdən biri həmin şəxs haqqında danışırdı:
 
"Heç 18 yaşı yoxdur, çox sağlamdır".
 
Bu bizim əməliyyat etdiyimiz gənc idi? Canlı insandan orqan çıxardıq. Çox qorxunc idi. Həkimə bunu edə bilməyəcəyimi dedim. Sonra başqa bir həkim adamın başını bütün gücü ilə yerə sıxdı, sol əlinin iki barmağı ilə göz qapağını tutdu və sağ əlindəki alətlə bir gözünü çıxardı. Tərləməyə və titrəməyə başladım. Güc-bəla ilə ayaqüstə dayanmışdım. Hər şey bitdi. Mən də, əməliyyat da, o gənc də...
 
Əməliyyatdan sonra mikroavtobusun bir tərəfi açıldı. Öndəki kresloda bir əsgər oturmuşdu. Dörd əsgər cəsədi torbalara qoydu və hərbi maşına yüklədi. Bizi xəstəxanaya apardılar. Orqanlarla əməliyyatxanaya girəndə bir qrup həkim orqan nəqli üçün orada hazır vəziyyətdə bizi gözləyirdi. Dərhal orqanları götürüb işə başladılar.
 
Evə gedəndə həddindən artıq qorxu və şok keçirdiyim üçün istiliyim qalxmışdı. Bununla bağlı heç kimlə danışmağa cəsarətim çatmadı. Hətta ailəm belə bundan xəbərdar deyil. Əməliyyatdan sonra "Shenyang" xəstəxanasındakı işimdən çıxdım. Baş verənlər səhhətimdə bir sıra problemlərə yol açdı. Bir gəncin işgəncəsinə və öldürülməsinə şahid olmuşdum. O adamın ağrılar içindəki son baxışı heç cür gözümün önündən getmirdi. İllərlə bu mövzu haqqında danışa bilmədim, çünki yadıma düşəndə az qala ürəyim gedirdi. 2006-cı ildə zorla oğurlanan orqanlar haqqında beynəlxalq mediada xəbərlər yayılanda hər şeyin doğru olduğunu anladım".

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

 Sabiq deputat Hadı Rəcəblinin ölüm səbəbi bilindi  - Yenilənib

Vəfat edən Hadı Rəcəblinin oğlu: “Hazırda aeroportdayam”

Qazaxa hökm edən oliqarx: Məmməd Alıyev... - Video

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

"Dünəndən paltarlarını hazırlamışdı, qismət olmadı" - Hadı Rəcəblinin qızı

Məhkəmə Akif Çovdarovun əmlakları ilə bağlı qərar verib

Bu klinikalar sertifikasiyadan keçməyən həkimlərlə işləyir? - Siyahı

“Dar gün üçün” ağ, yoxsa sarı qızıl? - Mütəxəssisdən aldandığımız məsələlər barədə açıqlama

Ən çox oxunanalar