Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Çox işləyən zirək adamlar içkiyə meylli olur


Dünyanın 14 ölkəsini təmsil edən alimlər tərəfindən aparılmış araşdırmanın nəticələrinə əsasən, insanın gündəlik işə sərf etdiyi vaxtla onun spirtli içkilərə aludəçiliyi dərəcəsi arasında birbaşa asılılıq müəyən edilib


Alimlərin qənaətinə görə, iş yerində həftədə 48 saatdan çox vaxt keçirən kişi və qadın işçilər spirtli içkilərdən daha tez-tez istifadə edirlər.

Bundan əvvəl belə bir rəy geniş yer almışdı kı, 48 saatdan artıq iş həftəsi insanda ürək-damar, depressiya, narahatlıq, yuxusuzluq və bu kimi digər xəstəliklərin riskini artırır.

Bütün bu xəstəliklər alkoqol istehlakı ilə əlaqələndirilirdi, lakin çox işləməklə spirtli içkilərə aludəçilik arasında birbaşa bağlılıq müəyyən edilməmişdi.

Yeni elmi tədqiqat Britaniyada nəşr olunan tibbi jurnalda dərc edilib. Tədqiqat Belçika, Böyük Britaniya, Almaniya, Danimarka, İspaniya, Kanada, Yeni Zelandiya, ABŞ, Tayvan, İsveç kimi inkişaf etmiş iqtisadiyyatlar da daxil 14 ölkə üzrə keçirilib.

Həmin ölkələrdən 400 min nəfər tədqiqat şərçivəsində müşahidədən keçirilib. Tədqiqatın nəticələrinə görə, çox işləyənlər arasında alkoqolizm riski normal iş həftəsi olanlarla müqayisədə bütövlükdə 11 faiz artıq olub.

Həftədə 48 iş saatı əvəzinə 49-54 saat çalışanların həftədə 35-40 saat işləyənlərlə müqayisədə alkoqolizmə meyllilik riski 13 faiz çox çıxıb.

Spitli içkilərin riskli istehlakı qadınlar üçün 14, kişilər üçün isə 21 alkoqol vahidinə bərabədir, müvafiq olaraq bu miqdar qadınlar üçün 1220 ml qırmızı şərab deməkdirsə, kişilər həmin risk həddi ilə, misal üçün, bir həftəyə 4 litr pivə içdikdən sonra üzləşirlər (BBC).

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Ən çox oxunanalar