Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Çoxevlilik - əvvəl sərvətin, indi isə cahilliyin rəmzi...

İlahiyyatçı: “Şeyxin 4 arvad almasının İslamla əlaqəsi yoxdur”


Küveyt şeyxi Amen Alordun toyu səs-küy doğurub. Səbəb də 4 xanımla eyni gündə evlənməsi olub. Təmtəraqlı keçirilən toy mərasimində gəlinlərin dördü də iştirak edib. Toydan fotolar sosial şəbəkədə və xarici mətbuatda rezonans yaradıb. Sosial şəbəkə istifadəçiləri şeyxin həyat yoldaşları ilə toydan çəkilmiş fotolarını paylaşaraq onları ələ salıblar.

Ümumiyyətlə, islam dinində çoxarvadlılıq hökmü olsa da, vacib əməllərdən hesab olunmur. Çoxarvadlılıq dedikdə ağla ilk olaraq islam dini gəlsə belə, əslində digər dinlərə sitayiş edən xalqlarda da, məsələn, Qədim Misir, Babil, Yunanıstan, Hindistan və bir çox ölkələrdə də mövcud olub. Brahmanizm və Zərdüştilik kimi dinlərdə də çoxevlilik var.

Çoxevlilik islamdan əvvəlki ərəblərdə qüvvət və sərvətin, fəxr və etibarın, bir qadınla evlənmək isə zəiflik və kasıbçılığın simvolu sayılırdı. Dini ekspertlər yazırlar ki, yəhudilik və xristianlıqda çoxevliliyi qadağan edən heç bir hökm yoxdur. Onların müqəddəs kitabları - Tövrat və İncildə peyğəmbərlərin bir neçə qadınla evli olduğu xəbəri verilir. Yəhudilikdə çoxevlilik orta əsrlərə qədər davam edib, yalnız XI əsrdə qadağan edilib.

Ancaq müasir dövrümüzdə hələ də bu qayda-qanunla yaşayanlar var. Məsələn, XIX əsrdə Amerikada qurulan Mormonlar cərəyanı çoxevliliyə icazə verməklə kifayətlənməyib, əksinə, bu həyat tərzini “müqəddəs və ilahi nizam” olaraq qəbul edib. Amerikada artıq 70 ilə yaxındır ki, Mormonlar Kilsəsi fəaliyyət göstərir. Bu təriqət təsisatı çoxarvadlılığı buyurur. Mormon kişilər 5-6, hətta 10-12 arvad ala bilirlər. Mormonların yaşadığı mühit çox qapalı sayılır. Bu mühitdə yaşayan kişinin arvadları öz hüquqlarını tələb edə bilməzlər. Bəzi məlumatlara görə, sözügedən dini cərəyanın bəzi icmalarında hətta icma rəhbərlərinin icazəsi olmadan qadınlar zarafat etməyə belə cəsarət göstərmirlər. Amerika ictimaiyyəti neçə illərdir mormonlara qarşı mübarizə aparmağa çalışsa da, dünyanı idarə edən dövlətdə çoxarvadlılığa nə vaxt son qoyulacağı məlum deyil.



Sirr deyil ki, cəmiyyətimizdə də 1-dən artıq ailəsi olan kişilər az deyil. Lakin qanunlarımız kişiyə bunu rəsmiləşdirməyə icazə vermir. Yəni bir kişi 2 qadınla rəsmi nikahda ola bilməz. Çoxları, eyni zamanda da ərəb şeyxi çox arvad almağa dini don geyindirməyə çalışsa da, ilahiyyatçı Bəhruz Camal şeyxin 4 arvad almasının dinlə heç bir əlaqəsinin olmadığını və onun bunu şou məqsədi ilə etdiyini dedi: “Bu xəbər əslində dini qanunlara icradan daha çox maqazin tipli xəbər təsirini bağışlayır. Şeyxin 4 xanımı birdən alması ilə qeyd olunanlar da ürəkaçan deyil. İslam maksimum dörd evliliyə qədər icazə verir. Bu müəyyən şərtlər çərçivəsində ola bilər. Dörd xanımı eyni anda almağın da məqbul olub-olmamasının özü də müzakirə mövzusudur. Küveyt şeyxinin bu rəftarına dini don geyindirib qələmə vermək dinə yönəlmiş kompramatdan başqa bir şey deyil. Əslində biz dinin icazə verdiyi 4 evlilik hökmünü araşdırsaq, baxıb görəcəyik ki, həyatı boyu belə bir şəraitə sahib kişilər barmaqla sayılacaq qədərdir. Çünki bu hökmün müəyyən sosial, ictimai, fərdi tərəfləri var. Küveyt şeyxinin 4 xanımla ailə qurub bunu yaymasının İslam qayda qanunları ilə yaxından uzaqdan heç bir əlaqəsi yoxdur. Yəni onun addımını islam və onun şəriəti ilə bərabərləşdirmək olmaz”.

İlahiyyatçı dində buyurulan hökmlərin müxtəlif kateqoriyalara bölündüyünü dedi: “Dində elə hökmlər var ki, onların icrası vacibdir. Yəni o hökmlərə əməl etməməyin cəzası var - namaz qılmaq və yaxud oruc tutmaq kimi. Elə hökmlər də var ki, onların icrası bəyəniləndir. Məsələn, suyu oturaq halda içmək bəyənilən işdir. Əlbəttə, bunun müəyyən faydalarını nəzərə almaq şərti ilə. Amma elə hökmlər də var ki, onlar tövsiyə xarakterlidir. Həmin tövsiyə xarakterli işlərin icrası bəziləri üçün vacib, qaçılmaz ola bilər, bəziləri üçün isə icrası bəyənilməyən ola bilər. 4 evlilik məsələsi də o kateqoriyadandır.  Yəni 4 evliliyə icazə o demək deyil ki, bütün müsəlmanlar bu hökmə birmənalı şəkildə əməl etməlidirlər. Kimlərdə 4 evlilik üçün Quranda, hədislərdə qeyd edilən şərait varsa, o hökmdən ancaq onlar istifadə edə bilər. İslam 4 evliliyə icazə verir deyə, hamı 4 ailə qursun deyə, bir hökm yoxdur. Bəzilərinin bu hökmü birmənalı qəbul edib 2-ci, 3-cü evliliyi islam nöqteyi-nəzərindən bəyənilməyə də bilər və hətta harama gətirib çıxara bilər. Çünki  4 evlilik şərtləri nəzərə alınmadan sırf müəyyən məsələlərə köklənib. Bu baxımdan biz deyə bilmərik ki, islam 4 evliliyə icazə verirsə, deməli, bu icra olunmalıdır. Rus pravoslavı olan doktor Razum adlı energetik var. 

Ona 4 evlilik haqda sual veriləndə ki, islamda bu qayda var, amma başqa dinlərdə yoxdur, o belə bir ifadə işlədir ki, 4 evlilik islamdan öncəki dinlərdə də olub, sadəcə olaraq sonradan zaman-zaman çoxarvadlılıq məsələsi həmin dinlərin şəriətindən bu və ya digər şəkildə bilərəkdən çıxartdırılıb. 

Sonradan İslamın 4 evlilik konsepsiyası bəyənilib və sırf sosial bərabərliyə xidmət edən, cəmiyyətdə qadınlar arasında əxlaqsızlığın yayılmasının qarşısını alan, hansısa qadının cəmiyyətdə atılmış kimi bütün sosial hüquqlarından məhrum edilməməsi üçün 4 evlilik nəzərdə tutulub ki, hansısa boşanmış, yaxud dul xanımlar sosial problemlərinə görə gedib başqa yollara düşməsinlər. Ailənin ikinci, üçüncü xanımı evləndiyi kişinin himayəsində qalır, övladları təmin olunur. Bunun sosial tərəflərini həmin rus doktor Razum çox gözəl şəkildə izah edib. 

4 evlilik məsələsi elə məsələdir ki, bu, hərtərəfli şəkildə araşdırılarsa, dərrakəli, aydın fikirli insanlar bunu heç də qadın hüquqlarının tapdalanması kimi yox, əslində sosial bərabərliyin tənzimlənməsi kimi və müəyyən mənada cəmiyyətdə balansı qorumaq, müəyyən fəsadların qarşısını almağa xidmət etdiyini görə bilərlər. Amma qeyd etdiyim kimi, bu, o demək deyil ki, islamın icazə verdiyi 4 evlilik kimi bir hökm varsa, hamı buna əməl etməlidir kimi bir qayda yoxdur”.(musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Bakıda 13 yaşlı oğlan internat məktəbindən qaçaraq atasını axtarır

Ən çox oxunanalar