Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Co Bayden Türkiyəyə niyə gəlir?


ABŞ-ın ikinci adamı Co Bayden sabah Türkiyəyə səfər edəcək


Bir günlük səfər çərçivəsində Obama hakimiyyətinin “bozkardinalı” hesab olunan siyasətçinin ən yüksək dövlət adamlarıyla görüşləri nəzərdə tutulur. 

Görüşlərdə Fəthullah Gülənin qaytarılmasından, Türkiyə-ABŞ münasibətlərinə qədər çoxşaxəli məsələlərin müzakirəsi gözlənilir.

Bəs, görəsən, bu müzakirələr iki ölkə arasındakı pisləşən münasibətləri yenidən normallaşdıra biləcəkmi?

Almaniyanın DW xəbər agentliyinin Türkiyə-ABŞ münasibətlərini ən dərin bilicisi hesab olunan, 2008-2010-cu illərdə ABŞ-ın Ankaradakı səfiri vəzifəsində işləyən James Jeffrey ilə müsahibəsi bu kimi suallara aydınlıq gətirir. Müsahibəni Strateq.az oxucularına təqdim edirik:

ABŞ-ın vitse prezidenti Co Bayden bu həftə Türkiyəyə səfər edəcək. Bu ziyarətdən nələr gözləyirsiniz?

-Görüşlərdə başlıca müzakirələrin Fəthullah Gülən və onun təslimi prosesilə bağlı olacağını düşünürəm. İkinci mövzunun isə iki tərəfdə də gördüyümüz olduqca sərt ifadə və səhv anlaşılmaların müzakirəsi olacaq və əminəm ki,  bu da əsas müzakirə predmetinə çevriləcək.

-Bu ziyarət nələri dəyişdirə bilər?

– Düşünürəm ki, ilk növbədə iki tərəfin də bir-birinə qarşı ittiham tonunu aşağı salması lazımdır. Amerika tərəfindən ifadə olunan sözlərlə əlaqədar bəzi problemlər yaşandı: Kerri NATO-nun taleyindən narahatdır. Bəzi generallar həmkarlarının həbsə atılmasından şikayətlənirlər. Türkiyədə baş verənlərlə əlaqədar Amerika tərəfində bir çox səhv anlaşılmalar var. Türk tərəfindən isə bu tərəddüd zabitə və təhdid ehtiva edən bir ifadəylə "ABŞ ya Fəthullah Güləni, ya da Türkiyə ilə əlaqələri seçər" şəklində reaksiya doğurdu. ABŞ Türkiyənin maraqlarını nəzərə almağa çalışmalıdır. Siyasi və inzibati mənada bunu hamımız anlayırıq. Ancaq Fəthullah Gülən məsələsi hüquqi bir mövzudur və onun haqqında son qərarı ABŞ-dakı hüquq sistemi verə bilər. İdarəetmə orqanlarının, bürokratik aparatın, yəni Obama hökumətinin bunda müəyyən rolu ola bilər, ancaq nəticədə qərarvericilik səlahiyyəti mühakiməyə aiddir. Amerika rəhbərliyi məsələni sadəcə məhkəməyə daşıya bilər, məhkəmə işə baxar və müstəqil qərar verər. ABŞ-da proseslər belə gedir və türklərin bunu anlaması lazımdır. Bizim ya da Obama hökumətinin Türkiyə ilə yaxşı əlaqələr qurmağa çalışıb-çalışmamasının şərti Gülənin təslim edilməsidirsə, bu, Amerika rəhbərliyindən asılı deyil. Almanların bir teminindən-"Rechtsstaat / Hüquq dövləti" anlayışından istifadə etmək istəyirəm burada. Türkiyə bunu anlamadığı müddətcə, qorxuram, əlaqələrdə böyük gərginlik olsun.

– Türk hökuməti, çevriliş cəhdində Fəthullah Gülənin məsuliyyət daşıdığına inanır. ABŞ bu məsələyə niyə şübhə ilə yanaşır?

ABŞ rəhbərliyinin Gülənin günahkar olduğuna inanıb inanmadığını söyləyə bilmərik. ABŞ hökuməti, qanuni geri istəmə tələbiylə əlaqədar bütün sənədləri araşdırmadan belə bir mövqe ortaya qoya bilməz. Hal-hazırda yaranan problem də bununla əlaqədardır. ABŞ hökumətinin Gülənlə bağlı hər hansı bir fikri yoxdur. “Hürriyet”dəki müsahibəmdə də dediyim kimi, şübhələr var, amma bu, Fəthullah Gülən ilə bağlı kifayət qədər məlumatın olmadığından deyil, Ərdoğan haqqında şübhələrin olduğundandır. ABŞ rəsmiləri onun avtoritar bir adam olaraq gücünü artırmaq üçün Gülən və çevriliş amilindən sui-istifadə edə biləcəyindən şübhələnirlər. Əslində bu çevriliş cəhdində həqiqətən də Gülənin məsuliyyət daşıması güclü ehtimaldır. Digər sahələrdə etdiklərinə baxanda da bu ehtimal qüvvətlənir. Ancaq prezident Ərdoğan demokratik sistemin fəaliyyəti ilə bağlı ABŞ və ya AB-dən fərqli dünyagörüşə sahibdir. Buna görə də Amerikadakı insanlar Gülənin bütün hadisələrin arxasında olduğu barədə əsaslı dəlillərə göz yumurlar.

– Bəs, sizin çevriliş cəhdi haqqında şəxsi görüşləriniz nələrdən ibarətdir?

-Mənim şəxsi fikrim bunun çox açıq bir təxribat olduğu istiqamətindədir. Zənnimcə, çevriliş cəhdi ordu tərəfindən həyata keçirilmədi. Ən azından, ordunun böyük bir qisimi bunu istəmədi. Cəhddə xeyli sayda zabitin yer aldığını göz önünə alsaq, bu, planın çox əvvəldən hazırlanıb hökumətdən gizli yürüdüldüyünü ortaya qoyur. Bu, ordu içində çox mütəşəkkil, intizamlı və ideoloji bir qrupun varlığından xəbər verir. Bu meyara cavab verəcəyini düşündüyüm yeganə qrup Güləncilərdir. Etiraflara, gizli dinləmələrə və digər dəlillərə baxmadan belə, bir çox dəlillər Gülənciləri işarə edir

-Çevriliş cəhdindən sonra Türkiyədə siyasi, iqtisadi və ya müdafiə sahələrində böyük dəyişikliklər yaşanır. Bəziləri dövlətin yenidən formalaşdırıldığından bəhs edir. Bir neçə ildən sonrakı Türkiyəni necə təsəvvür edirsiniz?

– Düşünürəm ki, dəqiq cavab vermək üçün hələ gözləməliyik. Proseslərin müxtəlif nəticələri ola bilər. Bu, daha çox prezidentinin nə etmək istədiyindən asılıdır. O, hazırda hər bir gücə sahib bir vəziyyətdədir. İndiyə qədərki təcrübələr onun gücünü həmişə artırmağa çalışdığını göstərir. Belə etməyə davam edəcək, necə edəcək ya da müqavimətlə qarşılaşacaqmı, bilmirik.

– Bir açıqlamanızda "Gülən hərəkatıyla əlaqədar təcrübələrim oldu" demişdiniz. Bu hərəkat haqqında nələr söyləyə bilərsiniz?

-Mənim müşahidələrim məhkəməyə və polisə sızmaları ilə bağlı idi. Xüsusilə Balyoz iddiasında, yaxud MİT rəisi haqqında istintaqa icazə verilməsi hadisəsində hökumətə qarşı səylərini gördük. Həmçinin, açıq siyasi məqsədli sui-istifadələrini izlədik. Belə deyərkən, iddiaların doğru olub olmadığını irəli sürmürəm. Sadəcə zamanlama və məqsəd siyasiydi. Bu proseslər müstəqil məhkəmə tərəfindən aparılmadı.

– Bu həftə Türkiyəni Ədliyyə Nazirliyindən da bir heyət ziyarət edəcək. İki ölkə arasında Gülənin qaytarmasıyla əlaqədar müzakirələr davam edir. Sizcə bu proses necə olacaq?

-İrəliyə gedəcəyini düşünürəm. Amerika hökumətinin idari baxımdan qaytarmaq tələbinin müddətini sürətləndirmək üçün ata biləcəyi addımlar olduğunu düşünürəm. Amerika hökumətinin Gülən hərəkatı və Fəthullah Gülənə təzyiq məqsədi ilə hüquqi əməliyyat ya da cinayət əməliyyatı olmadan sırf Amerika maraqlarına qarşı ola biləcək bir adam olduğu üçün ata biləcəyi addımlar da var. Bunlar Ədliyyə Nazirliyinin nümayəndələrindən çox, vitse-prezident Bayden ilə müzakirə ediləcək mövzulardır.

– Türkiyə ABŞ-ın Suriya ilə əlaqədar sözlərini tutmasını istəyir. Məsələn PYD-nin Fəratın şərqinə çəkilməsi kimi… Bunun hələ də real bir yanaşma olduğunu düşünürsünüzmü?

-Bunun çox əhəmiyyətli bir öhdəlik olduğunu düşünürəm. Əvvəla, Minbic şəhəri daha çox ərəb bölgəsidir və ABŞ bir qrupun başqa etnik ya da dini qrupların bölgəsinə yayılmasına şərait yaratmamalıdır. İkincisi, Türkiyənin çox əhəmiyyətli təhlükəsizlik maraqları var. Yalnız PYD ilə əlaqədar deyil, Türkiyə qədər olmasa da, ABŞ-ın da dəstəklədiyi Suriyalı müxaliflərə kömək göstərmək qabiliyyəti mövzusunda eyni sözləri deyə bilərik.

-Son olaraq, STIMSON Mərkəzinin bir hesabatında İncirlik bazasındakı nüvə silahlarının etibarda olmadığı yazıldı. Sizin bu mövzudakı mövqeyiniz necədir?

– Mövzunun "gizli" xüsusiyyəti baxımından ətraflı danışa bilmərəm. Ancaq keçmişdə Amerikanın Türkiyədəki hərbi varlığı mövzusunda, şübhəsiz, əhatəli məlumata sahibdim. Dediyimə diqqət edin: Amerikanın hərbi varlığı. Amerikanın Türkiyədəki hərbi varlığının hər ünsürünün tamamilə etibarda olduğuna əminəm. Narahatlıq duyulacaq bir vəziyyət yoxdur.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Rusiya Ermənistana müqavilələrdə nəzərdə tutulan silahları göndərir

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Ən çox oxunanalar