Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Cüdoçular federasiya prezidentinin kabinetini mismarladı


Cüdo üzrə Gürcüstan yığmasının üzvləri federasiya prezidenti David Kevxişvilinin istefasını tələb ediblər və tətilə başlayıblar


Oxu.az bildirir ki, cüdoçular Kevxişvili kabinetində olmadığı zaman onun kreslosunu zibilliyə atıblar, qapısına isə mismar vurublar.

“Kevxişvilinin Gürcüstanda cüdonun inkişafına mənfi təsir edən fəaliyyətinə görə onun istefasını tələb edirik.

Təəssüf ki, müvafiq dövlət qurumları heç bir reaksiya göstərməyiblər. Biz lazımi nəticə əldə olunmayanadək etirazımızı davam etdirəcəyik”, - Gürcüstan yığmasının kapitanı Varlam Liparteliani deyib.

Cüdoçular federasiya prezidentini cüdonun inkişafı, eləcə də, iri turnirlərdə qələbə qazanmış idmançılara mükafat üçün ayrılmış dövlət vəsaitini mənimsəməkdə ittiham ediblər.

İdmançıların sözlərinə görə, funksioner təcrübəli məşqçiləri işdən azad edib və onların yerinə öz dostlarını gətirib.

Kevxişvili bəyan edib ki, istefa vermək niyyətində deyil və idmançıların təzyiqlərinə uymayacaq.

Aprel ayında Gürcüstanın cüdo yığması IX dəfə komanda hesabında Avropa çempionu olub.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Ən çox oxunanalar