Cümə, 26 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Cümhuriyyət dövrünü araşdıran alimdən mediaya sərt reaksiya: “Onlara tövsiyəm var...”


Nəsiman Yaqublu: “Respublika günü heç adi bayram səviyyəsində qeyd edilmir”


Sabah Şərqdə ilk demokratik dövlətin - Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 97-ci ili tamam olur. Lakin çox təəssüf ki, bu şanlı tarixin ildönümünə bir gündən də az vaxt qalmasına baxmayaraq, cəmiyyətdə ictimai rəy yaradan media  bu yöndə olan yazıları demək olar ki, xəsisliklə dərc edir. Həm elektron media, həm də televiziya kanallarının məsələyə bu cür passiv münasibətinə AXC dövrünün tədqiqatçısı, tarixçi alim Nəsiman Yaqublu modern.az saytına verdiyi müsahibədə aydınlıq gətirməyə çalışıb:

- Media tariximizin bu önəmli gününə çox zəif diqqət yetirir. Adətən, belə məsələlərə o zaman diqqət yetirir ki, hadisə həmin gün baş verib və həmin gün buna yubiley həsr olunub. Halbuki,  bizim ən böyük bayramımız 28 may Respublika günüdür. Ancaq görürük ki, bu, heç adi bayram səviyyəsində də qeyd edilmir. Çox təəssüf ki, istiqlalımızın mənası, mahiyyəti media tərəfindən cəmiyyətə bu cür təqdim edilir. Rəsulzadə deyirdi ki, bir məmləkətdə  demokratiyanın mənası açılıb izah edilmirsə, həmin məmləkətdə demoqogiya baş verir. İndi çox təəssüflər olsun ki, media Azərbaycan cəmiyyətinə elə dəyərlər aşılayır ki, həmin dəyərlər  insanları normal inkişaf etməyə, formalaşmaya qoymur. Televiziyalardakı verilişlər mənə hazırda yararsız üzlükləri sökülən binaları xatırladır. Televiziyaların da “üzlüyünü” yenidən sökmək lazımdır ki, camaat ondan xilas olsun. Telekanallarımızın da əksəriyyəti insanların mənəvi cəhətdən aşınmasına, xalqın milli-mənəvi dəyərlərin aşağılanmasına şərait yaradır. 

- Sizcə, 28 mayla bağlı proqramların hazırlanmamasının səbəbi bayağı proqramların reytinqidir?

- Birincisi, şou proqramlardan başlamaq lazımdır. O proqramların aparıcıları o qədər səviyyəsizdilər ki, onların adi ana dilinin qrammatikasına əsaslanan danışıq qabiliyyətləri yoxdur. Onlar elə bilirlər ki, efirdə hər şeyi demək olar. Efirdə bir yaşlı müğənnini yenidən evləndirirlər. Onun bir dəfə toyu olub da. Özəl telekanallarda bu tipli proqramların sayı yetərincədir. Heç İctimai Televiziya da öz işini düzgün yerinə yetirə bilmir.

- İctimai Televiziyanın adını xüsusi olaraq qeyd etdiniz....

- İctimai Televiziyanın adını ona görə çəkirəm ki, bu onun birbaşa funksiyasıdır. 2005-ci ilin avqust ayında yaradılanda onun qarşısına öhdəliklər qoyulub. İctimai Televiziya birbaşa bu işləri görməlidir. Amma gəlin verilişlərin “setka”sına, proqrama baxaq. Son bir həftədə Azərbaycan cəmiyyətinə 28 may İstiqlal günü ilə bağlı nə təqdim edib?  Heç nə! Dəvət etdiyi adamların da hamısı mütləq bir partiyanın üzvü olmalıdır. İctimai Televiziyanın əsas prinsiplərindən biri fikir müxtəlifliyinin qorunmasıdır. O qədər prinsip pozuntuları var... Çox təəssüflər olsun ki, digər media qurumlarında da bu problemlər var. Media ciddi şəkildə maarifləndirilməlidir. Elə şeylər də var ki, o jurnalistin öz vicdanı hesabına həll edilməlidir. Amerikalılar deyir ki, bizdə söz, mətbuat azadlığı yüksək səviyyədədir. Biz hətta zəncini zənci olduğuna görə təhqir də edə bilərik. Heç kim də buna qarşı çıxa bilməz. Amma biz bunu etmirik. Öz vicdanımıza görə etmirik. Mətbuat azadlığı, söz azadlığından da yüksək bir kateqoriya var ki, bu da vicdandır. Biz bu gün Azərbaycan mediasında bu prinsipi yaratmalıyıq. Vicdan hər şeydən yüksəkdə olmalıdır. O olmayanda qəbul edilən hər hansı qərar da buna təsir etməyəcək. Media cəmiyyəti formalaşdıran əsas vasitələrdən biridir. Amerikada İctimai Televiziya 1968-ci ildə yaradılıb. Çünki baxıb gördülər ki, anarxiya baş alıb gedir. Oranın da özəl kanalları bizim indiki özəl kanallar kimi rüsvayçılıqla məşğuldur. Onda Amerikada cəmiyyəti maarifləndirmək və ictimai problemlərini həll etməkdən ötrü İctimai Televiziya yaratdı. Bütün şou tipli proqramları oradan kənarda tutdular, hətta reklamı da yığışdırdılar.  

- Bir araşdırmaçı kimi, şanlı 28 may tarixinə aid proqramların, yazıların olmamasının, yaxud çox az olmasının səbəbini nədə görürsünüz?

- Medianın vəziyyəti ürəkaçan deyil. Onlar mütəxəssisləri işə cəlb etmirlər. Nə istəyirlərsə, onu da edirlər, özbaşınalıq var. Bu yaxınlarda bina yandı. Binalara yararsız üzlük vuranların günahları nə qədərdirsə, televiziyaların da günahı o qədərdir. Xüsusən şou proqramlardakı özbaşınalıqla o problem arasındakı ziyanlılıq eyni dərəcədədir. Birindən xilas olduq, amma ikincisi qalır. Cəmiyyəti ikincisindən də xilas etməliyik. Mənim narahatlığım Azərbaycan cəmiyyəti üçündür. Bunlar qoymur ki, cəmiyyət formalaşsın. Bunlar bizim milli dəyərlərə söykənən Əli bəy üseynzadədən Rəzulzadədən hüseynzadədən Rəsulzadədən Topçubaşovdan qaynaqlanan bir Azə

Hüseynzadədən, Rəsulzadədən qaynaqlanan bir toplumun formalaşmasına imkan vermirlər. Çünki özləri bundan xəbərsizdirlər. Bu cür lazımlı məqamları qabarda bilmirlər və nəticədə bizim gördüyümüz o eybəcər şeyləri formalaşdırırlar.

- Siz bu sahənin bilicisi kimi, 28 may tarixini necə işıqlandırmaq yönündə nə kimi məsləhətlər verə bilərsiniz?

- Birinci növbədə Cümhuriyyəti quran insanları, heç olmasa mayın 27-si və 28-də yaşatmağı xahiş edirəm. Onların həyatları, fəaliyyətləri barəsində materiallar, informasiyalar versinlər. Çox adam Cümhuriyyət qurucularının fəaliyyətinin nədən ibarət olduğunu heç bilmir. Ancaq bir-ikisinin adını eşidiblər. O da yarımçıq. Amma Cümhuriyyət bir-iki nəfərin üzərində qurulmayıb. İkincisi, sənədli filmlər hazırlanmalıdır. Özü də qabaqcadan. Nə isə etmək üçün ayın 28-ni gözləmək lazım deyil. İndi gəlin sizinlə mayın 27-28-də televiziyalarda gedən proqramların monitorinqini  aparaq. Görək, bu günlərdə televiziya kanallarında Cümhuriyyət tarixinə, şəxsiyyətlərinə aid nə qədər proqram verilib? Heç onların özləri bu barədə bilirlər?! Heç onlar bilirlər ki, Əli bəy Hüseynzadənin əsərləri hansılardır, yaxud ADR dövründə Fətəli xan Xoyski baş nazir kimi hansı idarəetmə mexanizmlərindən istifadə edib?!

- Elektron xəbər saytlarının  da nüfuzu günbəgün artır. Amma onlarda da istiqlal bayramına qarşı soyuqluq hiss olunur...

- Xəbər saytlarının, elektron medianın nüfuzu, imkanları gündən-günə artır. Mənim onlara tövsiyəm bu ola bilər ki, öz işlərini vicdanla yerinə yetirsinlər. Elə informasiya var ki, heç onu sayta verməmək də olar. Əgər bir şey baş veribsə, mütləq deyil ki, onu tez sayta verəsən. Elə şey var ki, o elə getməsə yaxıdır. Mən yenə öz mövzuma qayıdıram. Bizim İstiqlal Bəyannaməmizə imza atan tarixi şəxsiyyətlər olub. Hər gün öz gündəlik yazılarının heç olmasa üç-dörd faizini onlar haqqında araşdırmalara, maraqlı tarixi bilgilərə həsr etsinlər. Vallah, AXC ilə bağlı o qədər maraqlı, işıqlandırılmayan məlumatlar var...

- Məsələn...

- Məsələn, mən o gün bir material oxuyuram. Nəsib bəy Yusifbəyli 1918-ci ildə deyib ki, nefti dünya ölkələrinə biz gərək Azərbaycanın milli pulu ilə sataq. Görün, bu gün üçün nə qədər aktual bir təklifdir. Deyib ki, elə olan halda bizim də pulumuz az qala dollar kimi yüksək əhəmiyyətə sahib olacaq. Tək neft sahəsində deyil, onların təhsil, mədəniyyət hərb və başqa istiqamətlərdə də dəyərli addımları olub. Onlar təhsil sahəsində çox gözəl işlər gördülər. Bir il ərzində xeyli lazımı dərsliklər çap ediblər. İndi hansı sayt o dərsliklərin fotosunu yayımlayır? Yaxud, mədəniyyət sahəsini götürək. Hansı sayt 1908-20-ci ildə səhnələşdirilən teatr tamaşalarının afişalarını verir?  Heç biri. Amma o afişalar məndə var, başqa yerlərdə də var. Bir baxın, görün kimin tamaşalarını səhnələşdiriblər? Hüseyn Cavid və Cəfər Cabbarlının. Özü də onların ancaq milli hislərlə əks olunan əsərlərini. Yenə deyirəm, fərq etməz, hansı sahəyə baxırıqsa baxaq, orada Cümhuriyyət xadimlərinin ancaq parlaq işlərini görə bilərik.

- Özünüz bu yöndə hansı  işlər görəcəksiniz?

- Biz üç cildlik Rəsulzadə ensiklopediyasının təqdimatı üçün Türkiyəyə yola düşürük. Orada həm də onun məzarını ziyarət edəcəyik. Mən bir daha həm medianı, həm də cəmiyyəti 28 may Milli İstiqlal bayramı münasibətilə təbrik edirəm.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - Yenilənib

Malıbəylidə kütləvi məzarlıq aşkar edilib - Yenilənib

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar - Yenilənib

Prezident və birinci xanım Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndərib

Milli Məclis Avropa Parlamentinin qətnaməsinə etiraz edib

Ən çox oxunanalar