Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

D18 Hərəkatı bəyanat yaydı


D18 Hərəkatın Qadir Ağakiyevin həbsi ilə bağlı bəyanat yayıb


 Qaynarinfo.Az xəbər verir ki, bəyanatda deyilir:

"Fevralın 20-də D18 Hərəkatının üzvü Qadir Ağakiyev Sumqayıt polisləri tərəfindən ictimai yerdə asayişi pozmaq və polisə müqavimət adı ilə Sumqayıt Məhkəməsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 535.1 maddəsi ilə 30 gün müddətinə azadlıqdan məhrum edilib. 

Məhkəmənin qərarına etiraz olaraq vəkil Fariz Namazlı fevralın 24-də Sumqayıt şəhər Apelyasiya Məhkəməsinə şikayət edib. Ancaq Sumqayıt şəhər Apelyasiya Məhkəməsinin hakimi Fərmayıl Zeynallı haqsız olan bu qərarı qüvvədə saxlayıb. 

Hərəkatın üzvü Qadir Ağakişiyev fevralın 20-dən həbsdə olmasına baxmayaraq, vəkili Fariz Namazlı ilə görüşünə də icazə verilmir. Bu isə bizdə polis idarəsində Qadir Ağakişiyevə qarşı işgəncə tətbiq edilməsi düşüncəsini yaradır. Bununla bağlı D18 Hərəkatı fevralın 27-i Ombudsmana müraciət edəcək. 

Biz vəkil Fariz Namazlı vasitəsilə Qadir Ağakişiyevlə görüşmək, onun sağlamlığında hansısa problemin olub olmaması ilə maraqlanmaq istəyirik. Ancaq çox təəssüf ki, Sumqayıt Şəhər Polis iİarəsi bizim görüşümüzün qarşısını alır.

Fevralın 24-ü axşam 22:30 radələrində isə Hərəkatımızın İdarə Heyətinin üzvü Samirə Ağayevanın həyatına təhlükə yaradılıb. Qara rəngli JEEP markalı avtomobil Samirə Ağayevanı evinə qədər izləyib və evinə çatanda maşın Samirə xanımın üzərinə sürülüb. Samirə xanımın dediyinə görə maşında iki nəfər mülki şəxs olub. Bu şəxslər Samirə xanımın yaşadığı binanın qarşısında bir müddət dayanıblar.  

Biz bu halları hakimiyyətin D18 Hərəkatına qarşı olan basqısı hesab edirik. Hakimiyyətdən tələb edirik ki, demokratik camiəyə və gənclərə qarşı basqısını dayandırsın. Bu cür hərəkətlər ölkənin imicinə zərbə vurur".

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Ən çox oxunanalar