Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

DİM onlayn sınaq imtahanı keçirir

Dövlət İmtahan Mərkəzi (DİM) bu il I-IV ixtisas qrupları üzrə sınaq imtahanlarında istifadə olunmuş test kitabçaları üzrə onlayn sınaq imtahanı təşkil edir


DİM-dən verilən məlumata görə, onlayn sınaq imtahanı vermək istəyənlər rahat şəkildə imtahana yazıla və onlara uyğun günün istənilən vaxtında sayta daxil olub biliklərini yoxlaya bilərlər.

Hazırda 10 iyun keçirilmiş sonuncu sınaq imtahanında istifadə olunmuş sual kitabçaları (Azərbaycan və rus bölməsi) http://otk.az portalına yerləşdirilib. İmtahanda iştirak haqqı 3 AZN-dir.

Abituriyentlər 2018-ci il "Abituriyent" jurnalının 1-ci sayında dərc edilmiş və ali təhsil müəssisələrinin qəbul imtahanı modelinə uyğun test tapşırığı nümunələrindən ibarət ödənişsiz onlayn sınaq imtahanlarına yazıla bilərlər.

Bundan əlavə, portalda 9-cu və 11-ci sinifdə təhsil alan şagirdlər, ümumi və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə), V ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul olmaq istəyənlər də müvafiq sınaq imtahanlarında iştirak edə bilərlər. Bu imtahanlarda iştirak haqqı isə 1 manatdır.

Abituriyentlər onlayn imtahan başa çatan kimi imtahan nəticələrini əldə etmək, yenidən test tapşırıqlarına baxmaq, onları təhlil etmək, öz cavabları ilə düzgün cavabları müqayisə etmək imkanına malikdirlər.

http://otk.az portalında yerləşdirilmiş onlayn sınaq imtahanlarına yazılmaq üçün ödənişlər plastik kartlar və ya “Milliön” terminalları vasitəsilə aparılır.(APA)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Azərbaycan Kuboku: "Qarabağ" cavab matçında da "Neftçi"yə qalib gələrək finala yüksəlib

Ən çox oxunanalar