Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

DİN-dən Sumqayıtdakı qarşıdurmaya reaksiya


Sumqayıtda 10-cu mikrorayonun Babək küçəsinin sakinləri və sahibkarlar arasında qarşıdurma yaşanması ilə bağlı yayılan xəbərlərə rəsmi reaksiya gəlib


Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin şöbə rəisi Orxan Mansurzadə “Qafqazinfo”ya açıqlamasında bildirib ki, Babək küçəsində yaşayanlarla sahibkarlar arasında hər hansı qarşıdurmadan, ağacların kütləvi şəkildə kökündən çıxarılmasından söhbət gedə bilməz:

“Heç kadrlarda da elə görüntü yoxdur. Elə həvəskar kadrlardan da açıq-aşkar görünür ki, haqqında söhbət gedən yer boş və çöllük ərazidir, həmin ərazidə gözə dəyən hər hansı ağac da yoxdur. Ancaq bununla belə ərazi özəl mülkiyyətə aiddir, oranın konkret sahibi var və həmin şəxs də bu yerdə abadlıq işləri həyata keçirmək istəyir. Lakin həmin məkana yaxın ərazidə yaşayan bir neçə şəxs öz şəxsi maraqlarından çıxış edərək abadlıq işlərinin aparılmasına və ərazidə texnikanın işləməsinə mane olurlar. Onlar həmin ərazini zəbt etmək niyyətilə bir neçə ting əkiblər ki, sonradan oraya hər hansı formada aidiyyatları olmalarını belə yolla "isbatlaya" bilsinlər.

Təbii ki, polis əməkdaşları torpaq sahibinin müraciəti əsasında hadisə yerinə gəlib və üzərlərinə düşən vəzifələri yerinə yetirərək hüquqazidd əməllərin qarşısını operativ şəkildə alıblar. Qanunsuz hərəkətlərinə guya vətəndaşlarla sahibkarlar arasında qarşıdurma donu geydirmək istəyən bir neçə sakini isə bu işlərə Şahnisə Səlimova adlı qadın təhrik edir. İctimai qaydanı pozan, polisin qanuni tələblərinə tabe olmayan bu şəxs barəsində qanunvericiliyə uyğun olaraq müvafiq tədbir görüləcəkdir. Bir sözlə, qarşıdurma, ağacların çıxarılması barədə deyilənlər əsassızdır və şayiədir”.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - Video

Ən çox oxunanalar