Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

DİN-dən avtobus sürücüsünün ittihamları ilə bağlı açıqlama


Bakıda idarə etdiyi marşrut avtobusu ilə kiçik qəzə törətdiyinə görə barəsində cinayət işi açılan Lənkəran rayonu Veravul kənd sakini Lətifov İltimas İmran oğlunun bugünə planlaşdırılan məhkəməsi iyulun 5-nədək təxirə salınıb


Buna səbəb zərərçəkən Məmmədova Simuzər Qəmbər qızının Qubada istirahətdə olduğundan prosesə qatılmaması olub.

Xatırladaq ki, İ.Lətifov “AzPolitika”ya müraciət edərək, 24.19.2016-ci il tarixdə saat 19:00 radələrində Bakıda 8 saylı xətt marşrutu üzrə yol vərəqəsi əsasında texniki cəhətdən saz vəziyyətdə olan “İveco Crelais” markalı, 99 JH 252 dövlət nömrə nişanlı avtobusla hərəkət edərkən, kiçik qəza törəndiyini bildirib və Nəsimi Polis İdarəsində istintaqın qərəzli aparıldığını, müstəntiqin ondan tələb etdiyi külli miqdarda rüşvəti verə bilmədiyinə görə onu həbs etmək istədiklərini deyib. 

Sitat: “Yol-nəqliyyat hadisəsinin istintaqını aparan Nəsimi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin baş müstəntiqi, polis mayoru Qubadov Müşviq Elçin oğlu istintaqı qanunvericiliyin normalarına uyğun şəkildə aparmadı. Baş müstəntiq digər polis əməkdaşı Azər Məmmədovla əlbir oldu. Məni Heydər Əliyev Sarayının qarşısına dəvət edən Müşviq Qubadov bildirdi ki, “8000 manat pul ver, ittiham aktını gözünün qarşısında cırım, elə bil belə bir hadisə olmayıb, 2 saatdan sonra yadından çıxar”. Mən heç bir cinayət hadisəsi törətmədiyimi baş müstəntiq Müşviq Qubadovun nəzərinə çatdırdım. Etmədiyim cinayətə görə, nə üçün pul verməli olduğumu sual verdikdə müstəntiq bildirdi ki, “bura Azərbaycandır, haqlı olduğunu sübut etmək üçün pul verməlisən”. Mənə dedi ki, ekspert Elvin Sarıcalı ilə görüşüb, pul verəcəyik və istədiyimiz rəyi verəcək, sən günahkar çıxmayacaqsan. Həmin görüşdə mənim tanışım Valeh İbrahimov da iştirak edirdi”.

İltimas Lətifov müraciətində ölkə başçısından və hüquq-mühafizə orqanlarının rəhbərlərindən kömək istəyirdi.

Şikayətçinin bildirdiyinə görə, onun müraciəti “AzPolitika”da yayımlandıqdan sonra Bakı Şəhər Baş Polis İdarəsinin rəisi Mirqafar Seyidovun tapşırığı əsasında onu İdarəyə dəvət ediblər. O, müstəntiqin ondan rüşvət tələb etməsi ilə bağlı burda izahat yazıb. İ.Lətifova söz verilib ki, şikayəti obyektiv şəkildə araşdırılacaq.

orxan

Bir qədər əvvəl isə Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin rəis müavini, polis polkovniki Orxan Mansurzadə İ.Lətifovun saytlarda dərc olunmuş şikayəti ilə bağlı açıqlama yayıb. Açıqlamada deyilir:
“Bəzi xəbər saytlarında sürücü İltimas Lətifovun törətdiyi yol-nəqliyyat hadisəsi ilə əlaqədar başlanılmış cinayət işinin istintaqının müstəntiq tərəfindən maddi marağa görə guya qeyri-obyektiv aparılması barədə iddiaları qərəzli və həqiqətdən uzaq olmaqla bərabər, sözügedən cinayət işinin məhkəmə baxışına təzyiq göstərilməsinə hesablanıb.

Ötən il oktyabrın 24-də İltimas Lətifov idarə etdiyi «İveco» markalı avtobusla paytaxtın Nəsimi rayonu ərazisində hərəkətdə olarkən Bakı şəhər sakini Simuzər Məmmədovanı vurub sonuncuya sağlamlığın uzun müddətə pozulmasına səbəb olan az ağır xəsarətlər yetirib. Səmimi peşimançılıq çəkmək əvəzinə bu şəxs heç nə olmamış kimi, “yağışlı və qaranlıq havada” törətdiyi qəzaya görə az qala zərərçəkən xanımı ittiham edir, məsuliyyətdən qaçmağa, özünü günahsız obrazında ictimaiyyətə təqdim etməyə çalışır.

Fakta görə Nəsimi RPİ-də Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə cinayət işi başlanılıb.

Təqsirləndirilən şəxs qismində cəlb edilən İ.Lətifov “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilib. İstintaq zamanı İ.Lətifovun idarə etdiyi avtobusla S.Məmmədovanı vuraraq onun sağlamlığına az ağır zərər vurması, avtotexniki ekspertizanın rəyinə görə, qəza anında hadisənin qarşısını almağa texniki imkanının olduğu sübuta yetirilib.

İbtidai istintaqın gedişatında təqsirləndirilən sürücü dəfələrlə ona kömək göstərilməsini, iş üzrə icraata xitam verilməsini müstəntiqdən təkidlə xahiş etsə də, onun bu yersiz xahişi sonuncu tərəfindən rədd olunub, işin mütləq şəkildə məhkəməyə göndəriləcəyi nəzərinə çatdırılıb. Elə o zaman sürücü müstəntiqi böhtan və şantaj xarakterli yalanları, əsassız şikayətləri ilə şantaj edəcəyi barədə hədələyib.

Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli sübuta yetirildiyindən, işə baxılan Nəsimi rayon məhkəməsində 21 iyun 2017-ci il tarixdə barəsində azadlıqdan məhrumetmə ilə bağlı cəza təyin olunacağını bildiyindən İltimas Lətifov məhkəməyə təzyiq vasitəsi kimi kütləvi informasiya vasitələrindən istifadə edir, bir sıra saytlarda cəmiyyətdə polisin işgüzar nüfuzunu ləkələyən, yalan və həqiqəti əks etdirməyən məlumatlar yaymaqla məşğuldur ki, onun belə neqativ hərəkətləri ayrıca hüquqi məsuliyyət də doğurur”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Ən çox oxunanalar