Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

DİN-dən dənizdə batan xilaskar polislə bağlı- Açıqlama


Daxili İşlər Nazirliyi iyulun 3-də bir polis əməkdaşının dənizdə batması hadisəsinə aydınlıq gətirib


PİA.AZ xəbər verir ki, DİN-in mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov "Report"un sorğusuna cavab olaraq bildirib ki, DİN-in daha bir əməkdaşı insanların təhlükəsizliyi naminə növbəti qəhrəmanlığa imza atıb: 

"Çox təəssüf ki, o, bu zaman öz həyatını da itirib. Belə ki, iyulun 3-də saat 20 radələrində Suraxanı Rayon Mühafizə Şöbəsinin əməkdaşı, polis serjantı Zaur Nurəliyev xidmətdən sonra öz ailə üzvləri ilə birlikdə Xəzər rayonu ərazisindəki Şüvəlan dəniz çimərliyində olarkən iki nəfərin suda boğulduğunu görüb".

E.Zahidovun sözlərinə görə, polis əməkdaşı dərhal, tərəddüd etmədən onları xilas etmək üçün özünü suya atıb: "Boğulmaqda olanlardan birini ölümün pəncəsindən qurtaran polis, onu sahilə çıxarıb və yenidən geri qayıdıb. Bu dəfə artıq yorulmuş və taqətdən düşmüş xilaskar polis, boğulmuş ikinci şəxsi sahilə qədər gətirə bilməyib, onunla birlikdə suda boğularaq öz həyatını da itirib...

Hadisə yerinə gələn xilasedicilər öz qəhrəmanlığı ilə bütün gənclərimizə örnək olan polis serjantı Zaur Nurəliyevin və onun köməyinə getdiyi Bakı şəhər sakini Səfər Səfərlinin meyitlərini sudan çıxararaq böyük ehtiramla və eyni zamanda dərin təəssüf hissi ilə öz yaxınlarına təhvil veriblər".

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

"Dünəndən paltarlarını hazırlamışdı, qismət olmadı" - Hadı Rəcəblinin qızı

İlham Əliyevdən Şuşa şəhəri ilə bağlı sərəncam    

Məhkəmə Akif Çovdarovun əmlakları ilə bağlı qərar verib

Ən çox oxunanalar