Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

DİN-dən deputatın ittihamlarına cavab gəldi


Daxili İşlər Nazirliyi millət vəkili Fərhad Qəribovun Kürdəmir Rayon Polis İdarəsinin rəisi ilə bağlı ittihamlarına cavab verib.


Mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov “Qafqazinfo”ya bildirib ki, müasir zamanda narkomaniya adlı bəla bütün dünyanı narahat edən bir məsələdir və bu problem Azərbaycandan da yan keçməyib: “Narkomaniya ilə mübarizənin daha da gücləndirilməsinə dair Cənab prezidentin imzaladığı iki Dövlət Proqramımız var.

 Bu sənədlərdən irəli gələn vəzifələrin yerinə yetirilməsi üçün Respublikanın bütün hüquq-mühafizə orqanları, o cümlədən daxili işlər orqanları qarşılıqlı fəaliyyət göstərirlər. Narkomaniya ilə mübarizədə müəyyən uğurlar, müsbət nəticələr də əldə olunur və bu iş fasiləsiz olaraq da davam etdirilir. Elə bunun nəticəsidir ki, şükürlər olsun ki,bu sahədə vəziyyət Azərbaycanda elə də kritik həddə deyil.

O ki qaldı hörmətli deputatın fikirlərinə, onun narahatlığı başadüşüləndi. Amma Kürdəmirdə istər narkomaniya ilə bağlı vəziyyət, istərsə də bu bəla ilə mübarizə Respublikamızın digər bölgələrindən fərqlənmir. Yəni ümumi problem var və ona qarşı da ümumi mübarizə aparılır.

Kürdəmir RPŞ-nin rəisi də peşəkar polis zabitlərimizdən biri olmaqla rayona rəis vəzifəsinə təyin olunduqdan sonra narkotiklərlə mübarizəni gücləndirib və deyərdim ki, müsbət nəticələr də əldə olunub. Amma bunula belə, bu bəla ilə mübarizədə vətəndaşlarımız da, deputatlarımız da, mətbuatımız da, bir sözlə hamılıqla hüquq mühafizə orqanlarına kömək etməliyik, dəstək olmalıyıq”.

Xatırladaq ki, F. Qəribov sözügedən açıqlamasında demişdi: “Rayon sakinləri daha çox Kürdəmir Rayon Polis İdarəsinin rəisindən narazıdır. Rayonda narkomaniya güclənib. Mübarizə zəif gedir. Başqa narazılıqlar da var. Geniş danışmayacam. Bir neçə aydır ki, rayonda deyiləm. Rayona gedəndən sonra bu məsələ ilə daha yaxından maraqlanacam. Rəislə görüşüb məsələləri yoluna qoymağa çalışacam”.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar