Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

DİN-dən vətəndaşlara müraciət


Daxili İşlər Nazirliyi vətəndaşlara müraciət edib


DİN-in mətbuat xidmətindən verilən məlumata görə, müraciətdə bildirilir ki, son vaxtlar vətəndaşlardan mülki-hüquqi öhdəliklərin icrasından yayınan borclu şəxs kimi axtarışda, habelə sərhəd keçməyə məhdudiyyət siyahılarında adlarının olub-olmaması barədə məlumatları əldə etmək üçün nazirliyə müraciətlər daxil olur:

“Xatırladaq ki, bir müddət əvvəl mülki-hüquqi öhdəliklərin icrasından yayınan borclu şəxslərin axtarışının mərkəzləşdirilmiş uçotları ilə bağlı fəaliyyətin yaxşılaşdırılması və vətəndaş məmnunluğunun təmini məqsədi ilə DİN-in rəsmi veb saytında (www.mia.gov.az) yeni informasiya resursu yaradılıb.

İyun ayından etibarən istifadəyə verilmiş interaktiv pəncərə vasitəsi ilə vətəndaşlar mülki-hüquqi öhdəliklərin icrasından yayınan borclu şəxs kimi axtarışda, habelə sərhədkeçməyə məhdudiyyət siyahılarında adlarının olub-olmaması barədə məlumatları əldə edə bilərlər”.

Qeyd olunub ki, bunun üçün DİN-in mia.gov.az (http://mia.gov.az/?//content/liability) saytına daxil olmaqla, qeyd edilən elektron xidməti (Ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmış borclular barədə məlumatlar) seçərək pəncərələrdəki müvafiq şəxsi məlumatları doldurub təsdiq etməklə lazımi informasiyanı ala bilərlər.

pia.az 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 18 məsələ var

Növbəti köç karvanı Füzuliyə çatıb, açarlar təqdim olunub - Yenilənib

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Ən çox oxunanalar