Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

DİN Gəncədə zona müşavirəsi keçirdi



Noyabrın 22-də Gəncə Şəhər Baş Polis İdarəsində respublikanın Qərb və Qarabağ bölgələrinin ərazi polis orqanlarının xidmət üzrə rəis müavinlərinin, qeydiyyat və şəxsiyyət vəsiqəsi qurumları əməkdaşlarının iştirakı ilə növbəti zona müşavirəsi keçirilib


PİA.AZ xəbər verir ki, cari ilin ötən dövründə aidiyyatı xidmət tərəfindən görülən işlərin, o cümlədən dekabr ayının 23-də keçiriləcək bələdiyyə seçkiləri ilə bağlı qarşıda duran vəzifələrin geniş müzakirə olunduğu tədbirdə respublika daxili işlər nazirinin müavini, polis general-mayoru İsmət Əliyev iştirak edib.
 
DİN-in Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin rəisi, polis general-mayoru Ərziman Əliyev, Qeydiyyat və şəxsiyyət vəsiqəsi şöbəsinin rəisi, polis polkovniki Gülşən Əhmədova xidməti fəaliyyədə buraxılmış nöqsanların aradan qaldırılması istiqamətində həyata keçirilən tədbirlər barədə məruzələrlə çıxış ediblər.  
 
Daha sonra müxtəlif çıxışlar dinlənilib, mövzu ilə bağlı məsələlər barədə müzakirələr və fikir mübadiləsi aparılıb.    
 
Tədbirə yekun vuran polis general-mayoru İsmət Əliyev son naziryanı əməliyyat müşavirəsində qeyd olunmuş nöqsan və çatışmazlıqların, polisin nüfuzuna və işgüzar imicinə xələl gətirən mənfi halların qısa zamanda aradan qaldırılmasının vacibliyini bildirib, qarşıda duran əsas vəzifələrdən danışıb. 
 
Nazir müavini Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xidməti fəaliyyətin daha da təkmilləşdirilməsinə, vətəndaş məmnunluğunun təmin olunmasına dair tapşırıq və tövsiyyələrini xatırladaraq onların ən yüksək səviyyədə və layiqincə yerinə yetirilməsinin zəruriliyini vurğulayıb, bələdiyyə seçkilərinədək səsvermə hüququ olan bütün vətəndaşlara şəxsiyyəti təsdiqləyən sənədlərin verilməsinin, eyni zamanda, görülən işlər barədə ölkə ictimaiyyətini mütəmadi olaraq məlumatlandırılmasının əhəmiyyətini bildirib, bu sahədə hər bir əməkdaşdan  təşəbbüskarlıq və konkret fəaliyyət tələb edib.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Növbəti köç karvanı Füzuliyə çatıb, açarlar təqdim olunub - Yenilənib

Ən çox oxunanalar