Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

DTX Çovdarovdan agentlərin pulunu tələb edir - 3 milyon manat

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin hazırda həbsdə olan generalı Akif Çovdarov və digər 3 əməkdaşının cinayət işi üzrə məhkəmə prosesinə Dövlət Təhlükəsizlik Xidməti də tərəf kimi qoşulub


Qafqazinfo”nun əldə etdiyi məlumata görə, DTX öz nümayəndəsi vasitəsilə mülki iddia ərizəsi ilə Bakı Hərbi Məhkəməsinə müraciət edib.

DTX ərizəsində A.Çovdarova qarşı irəli sürülən Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə) maddəsi üzrə qeyd edilən epizodda zərərçəkmiş kimi tanınmasını istəyib.

Belə ki, general bu maddə ilə dövlət büdcəsini mənimsəməkdə günahlandırılır. İttihama görə, A.Çovdarov agentura şəbəkəsinin saxlanılması üçün dövlət büdcəsindən ayrılan 2 milyon 917 min manat pulu mənimsəyərək şəxsi məqsədləri üçün xərcləyib.

Hazırda DTX-nın ərizəsində həmin pulun müvafiq dövlət qurumuna, yəni MTN-nin varisi hesab olanan DTX-ya aid olduğu bildirilib. Həmin məbləğin A.Çovdarovdan alınaraq DTX-ya verilməli olduğunu qeyd edilib.

Qeyd edək ki, A.Çovdarov ibtidai istinataq ifadəsində bu maddə üzrə özünü təqsirli bilmədiyini deyib və agentura şəbəkəsinin ifşa olunmaması üçün ifadə verməkdən imtina etdiyini bildirib. General qeyd edilən məbləğin agentlərə ödənildiyini qeyd edib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"2300 manat maaşım idi, hər ay isə 15 min manat paket alırdım" - Sabiq maliyyə naziri

Doğma qızına 18+ videolar göstərirmiş... - Azərbaycanda dəhşətli cinayət

Şöbə rəisi dövlətin ayırdığı pulları öz yaxın adamlarının adına olan şirkətlərə köçürüb: Cinayət işi

100 manata sosial yardım düzəldənlər ifşa edildilər: Polis hərəkətə keçdi - Video

“TikTok”da məşhurlaşan Adəmin atası həbs olundu

Taksi sürücüləri şikayətçidirlər: “Bizi camaatla niyə üz-üzə qoyurlar?” - Video

Payızda istilik qiymətləri bahalaşacaq? - Rəsmi açıqlama

Ötən ay ən çox şikayət olunan bank “Bank of Baku” olub – AMB

“Qarabağ” Avropada 26 ölkənin bütün klublarını qabaqlayır 

Şirvanda görkəmli akademik Zərifə xanım Əliyevanın anım gününə həsr olunmuş tədbir keçirilib

Ən çox oxunanalar