Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

DYP əməkdaşları ilə taksı sürücülərinin “centlimen” razılaşması - Fotolar


AR İXM taksi fəaliyyəti ilə məşğul olunanlara şamil olunmur?!


Sumqayıtda Azərbaycan Respublikasının Qanunları taksı sürücülərinə şamil olunmur. Kənardan görsənən ilk təəssüratdan bu qənatə gəlmək olar ki, Sumqayıtda Dövlət Yol Polisinin (DYP) əməkdaşları taksi sürücüləri ilə “centlemen sövdələşməsi” əsasında fəaliyyət göstərir.

Şəhərin istənilən ərazisində, dəyanma, durma və parklanma qaydalarını pozan taksi sürücülərinə qarşı DYP əməkdaşları heç bir inzibati tədbir görmür. Eyni sırada dayanan avtonəqliyyat vasitələrindən cərimə yalnız sıravi vətəndaşlara şamil olunur.

Əməkdaşımız bu kimi hal ilə 20 mart tarixində Sumqayıtın Bakı prospektində rastlaşıb. Belə ki, prospektdə “12 mərtəbələr” deyilən ərazidə 99 YP 167 dövlət nömrə nişanlı Dövlət Yol Polisinin əməkdaşları taksi fəaliyyəti ilə məşğul olmayan vətəndaşlara AR İXM-nin 346.1 maddəsinə əsasən (dayanma qaydalarını pozduğuma görə) cərimələr yazırdı.

Bu isə DYP əməkdaşlarının vəzifə saləhiyyətlərindən sui-istifadə etməsi, qanunun tələbinə fərdi yanaşma deməkdir. Aydın şəkildə görmək olurdu ki, DYP əməkdaşları ilə taksi sürücüləri arasında mehriban “münasibət” var.

Bu kimi hallar vətəndaşlar tərəfindən ictimai qınağa çevrilməli, AR İXM-nin maddələri hamı üçün eyni dərəcədə şamil olunaraq tətbiq edilməlidir.(azpolitika.info)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar