Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dağıstan azərbaycanlıları etiraz edirlər


Dağıstanın Dərbənd rayonunda kompakt şəkildə yaşayan azərbaycanlılar bu respublikanın rəhbərliyinin qanunsuz qərarlarına qarşı etiraz aksiyaları keçirirlər


“Turan” bildirir ki, bu barədə "Azərbaycan Dünyası" jurnalı rəhbərlərinin Beynəlxalq Mətbuat Mərkəzində keçirdikləri mətbuat konfransında məlumat verilib.

Jurnalın redaktoru Eldar İsmayıl bildirib ki, etiraza səbəb etnik azərbaycanlı Qurban Qurbanovu Dərbəndin başçısı postundan uzaqlaşdırmaq cəhdləri olub.

Vurğulanıb ki, Dağıstanda rayon administrasiyasına başçı sakinlər tərəfindən seçilir, Qurbanovun səlahiyyətləri isə 2015-ci ilin mayında başa çatır.

Buna görə, Qurbanov vəzifəsindən getməkdən imtina edir, bildirir ki, seçicilərin mandatı var. Abdulatipov isə etnik таbasaran, sabiq ədliyyə naziri Azadi Rəhimovu Dərbəndə başçısı təyin etmək istəyir.

Mətbuat konfransı təşkilatçılarının fikrincə, bunun arxasında azərbaycanlıların yüzlərlə hektar məhsuldar torpaq sahələrini əllərindən almaq istəyi var. Başqa sözlə, məqsəd Dağıstandakı azərbaycanlıların əlindən onların sonuncu qalasını - Dərbəndi almaq və özlərini respublikadan sıxışdırıb çıxarmaqdır.

Vurğulanıb ki, Dağıstan rəhbərliyini həm də Qurbanovun rayonun sosial-iqtisadi inkişafı üçün Azərbaycandan yardım alması qıcıqlandırır.

Belə ki, Bakı Dərbənd şəhərinin sosial-iqtisadi inkişafı üçün 30 milyon manat ayırıb. Bundan başqa, Azərbaycan teatrı üçün yeni binanın tikintisi, Nizami parkının abadlaşdırılması, Olimpiya kompleksinin tikintisi nəzərdə tutulur. Bütün bunlar Dərbənddə azərbaycanlıların mövqelərinin güclənməsi deməkdir ki, bu da Mahaçqalada bəzi qüvvələrin xoşuna gəlmir.

Eldar İsmayıl bildirib ki, bütün bunlarla əlaqədar, Dağıstanda yaşayan azərbaycanlılar rəsmi Bakını Dərbənd şəhərindəki vəziyyətə diqqət yetirməyə çağırırlar.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Nəzrinlə Mərdanın toyundan görüntülər - Video

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Paşinyan: "Bakı və İrəvan sərhədlərin delimitasiyası üzrə əməli prosesə başlayıblar"

Xüsusi zolaqların çoxalması velosiped alanların sayını artırdı - Video

Müharibə başlayandan bəri Belqorod vilayətində 120 nəfər ölüb

Ən çox oxunanalar