Azərbaycanda dağlara qar yağıb
Report xəbər verir ki, ötən gündən etibarən ölkənin qərb bölgəsində havanın qeyri-sabit keçməsi nəticəsində dağlıq ərazilərə qar düşüb.
Gəncə Regional Hidrometeorologiya Müəssisəsindən verilən məlumata görə, Qoşqar dağının zirvələrinə qar yağıb. Zirvələrdə qarın qalınlığı 10-20 sm-ə qədər çatır.
pia.az