Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dağlıq Qarabağ münaqişəsi və Moskvanın nikbinliyi



Moskvanın nikbinliyi Dağlıq Qarabağ münaqişəsində tərəflərin irəliləyişə hazır olması ilə əlaqədardır


 Bu barədə Trend-ə MDB Ölkələri İnstitutunun sədr müavini Vladimir Jarixin RusiyaAzərbaycan xarici işlər nazirlərinin Moskvadakı görüşünün yekunlarını şərh edərkən deyib.

V.Jarixin hesab edir ki, Moskvanın nikbinliyi münaqişə tərəflərinin bu problemin nizamlanması yolunda müəyyən addımlar atmağa hazır olması ilə əlaqədardır: "Problemin həlli üçün siyasi iradə, irəliləyiş üçün münaqişə tərəflərinin siyasi hazırlığı olmalıdır və deyəsən, indi az da olsa, hər iki tərəfin siyasi elitasında bu cəhətlər yaranmağa başlayır".

Ekspertin fikrincə, bu münaqişənin nizamlanmasında irəliləyiş əldə etmək üçün müəyyən ilkin şərtlər var, lakin çətin ki, bu ilkin şərtlər dərhal problemin həll edilməsinə gətirib çıxarsın.

V.Jarixin əlavə edib ki, Moskva Dağlıq Qarabağ münaqişəsinin həll edilməsində həmişə son dərəcə maraqlı olub, belə ki, Rusiya həm Azərbaycan, həm də Ermənistan ilə dost münasibətindədir və artıq bir neçə ildir ki, məhz bu ölkə münaqişə tərəflərinin prezidentlərinin danışıqlarında fəal vasitəçi rolunu oynayır.

Politoloqun sözlərinə görə, Rusiya müəyyən vaxta kimi, tərəflərin irəliləyişə hazır olduğunu və problemin həllinə imkan yaradacaq həmin kompromisi görməyib: "Rusiya danışıqlar meydanı təklif etməklə belə kompromislərin əldə edilməsi üçün əlindən gələni edir. Bundan başqa, Moskva Minsk qrupunun həmsədr ölkələrinin ümumi mövqelərini müəyyənləşdirməklə həmsədr kimi aktiv şəkildə fəaliyyət göstərir. Yeri gəlmişkən, bu mövqelər Moskvanın maraqlarını tamamilə əks etdirmir. Aİ, ABŞRusiyanın mövqeləri çox nadir halda üst-üstə düşür. Dağlıq Qarabağ münaqişəsi belə nadir hallardan biridir. Ancaq Kreml hesab edir ki, ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin vahid mövqeyi Moskvanın maraqlarının bu mövqeyə uyğun gəlməsindən vacibdir".

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb - Yenilənib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar