Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dağlıq Qarabağa qanunsuz səfər etmiş jurnalistin etirafı


Aleksandr Kolesniçenko: “Dağlıq Qarabağa bir də səfər etsəm, mütləq Azərbaycan XİN-in tələbləri ilə tanış olacağam”


Azərbaycanın işğal olunmuş ərazisi - Dağlıq Qarabağa qanunsuz səfər edən Rusiyanın “Arqumentı i faktı” qəzetinin jurnalisti Aleksandr Kolesniçenkonun APA-nın Moskva müxbirinə müsahibəsi.
 
- Siz ötən günlərdə Ermənistanda keçirilən mediaforum çərçivəsində işğal altındakı Azərbaycan ərazisi olan Dağlıq Qarabağa qanunsuz səfər etmisiniz. Azərbaycan Xarici İşlər Nazirliyi Dağlıq Qarabağa qanunsuz səfər edən jurnalistlərlə bağlı müvafiq tədbirlər görüləcəyini açıqlayıb. Siz Azərbaycan XİN-in “qara siyahı”sına düşə bilərsiniz. Məsələni necə şərh edərdiniz?
 
- Mən həmin regionda konfliktin yenidən başlanması təhlükəsi altında yaşayan insanların həyat şəraitini, nəyə ümid etdiklərini, öz həyatlarını necə qurduqlarını, övladlarının gələcəyini necə gördüklərini, regionun iqtisadi durumunu öz gözlərimlə müşahidə etmək istəyirdim. Mən yerli hakimiyyətin dəvətindən istifadə etdim, hansı ki bu, tanınmayan respublikaya getməyin yeganə yolu idi.
 
- Dağlıq Qarabağa qanunsuz səfər edən şəxslərin Azərbaycanda "qara siyahı"ya salınmasından xəbəriniz var idi?
 
- Bəli, bu barədə qismən məlumatlı idim. Monserrat Kabalye ilə bağlı hadisəni oxumuşdum.
 
- Deyirsiniz ki, Dağlıq Qarabağda yaşayan insanların həyat şəraitini, regionun iqtisadi vəziyyətini öz gözlərinizlə görmək istəyirdiniz. Bəs, Dağlıq Qarabağ münaqişəsi nəticəsində qaçqına, məcburi köçkünə çevrilən 1 milyona yaxın insanın taleyi necə, sizi maraqlandırırmı? Həmin insanların hansı şəraitdə yaşamasını öz gözlərinizlə görmək istəmirsiniz?
 
- Əlbəttə ki, azərbaycanlı məcburi köçkünlərin və qaçqınların hansı şəraitdə yaşamasını da görmək istəyirəm. Görünür, məni indi Azərbaycana buraxmayacaqlar...
 
- Bəs bunu bilə-bilə niyə belə addım atdınız? Dağlıq Qarabağa səfər etmək istəyiniz barədə Azərbaycan XİN-ə müraciət edə bilərdiniz.
 
- Bu səfər olduqca tez təşkil edildi. Əgər bir də ora səfər etsəm, mütləq Azərbaycan Xarici İşlər Nazirliyinin tələbləri ilə tanış olacağam. 

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Ən çox oxunanalar