Azərbaycan Xarici İşlər Nazirliyinin arzuolunmaz şəxslərin siyahısı açıqlandıqdan bu günədək 10 nəfərin adı siyahıdan çıxarılıb
APA-nın məlumatına görə, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyev deyib.
Onun sözlərinə görə, siyahı bu il fevralın 20-də yenilənib.
H. Hacıyev bildirib ki, hazırda siyahıda 435 nəfərin adı var. O, bu siyahıdan sonra Dağlıq Qarabağa qeyri-qanuni səfər etmiş xarici vətəndaşların sayında azalma tendensiyasının müşahidə edildiyini bildirib.
pia.az