Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dağlıq Qarabağda yeni müharibə artıq qaçınılmaz hala gəlir?


Azər Qasımlı: “Qısamüddətli hansısa toqquşmalar ola bilər, amma geniş miqyaslı müharibənin olacağına inanmıram”


Nazim Cəfərsoy: “Tərəflərin bir-birinə yönəlik bəyanatları Dağlıq Qarabağda yeni bir müharibə riskini istisna etmir”.

Azərbaycan Naminə İctimai Forumun prezidenti, politoloq Eldar Namazov yerli saytlardan birinə müsahibəsində bildirib ki, Ermənistan hakimiyyəti artıq öz qərarını verib ki, onlar sülh sazişinə imza atmaq istəmirlər. Ona görə də müharibə ehtimalı daha da artır. Eldar Namazov qeyd edib ki, Dağlıq Qarabağda geniş miqyaslı müharibənin başlaması ehtimalı 90 faizə yaxındır. Doğurdanmı Dağlıq Qarabağda yeni müharibə artıq qaçınılmaz hala gəlir?

Bu mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı politoloq, REAL Hərəkatı sədrinin ictimai-siyasi məsələlər üzrə katibi Azər Qasımlı və politoloq Nazim Cəfərsoya müraciət edib. 

Image result for Azər Qasımlı:

Azər Qasımlı: “Avropa, ABŞ, Qərb ölkələrinə də  Dağlıq Qarabağ probleminin uzunmüddətli müharibə yolu ilə həll olunması sərf eləmir”.


Yaxın gələcəkdə  Dağlıq Qarabağ münaqişəsinin həllində uzunmüddətli müharibənin olmayacağını ehtimal edən politoloq Azər Qasımlıya görə, indiki şəraitdə müharibənin baş verməsi heç bir ölkəyə sərf eləməz:

“Eldar Namazovun nəyə görə müharibə ehtimalının məhz 90% olduğunu söylədiyini bilirəm. Ancaq aydındır ki, son 2 həftə ərzində Azərbaycan tərəfinin Xarici İşlər Nazirliyi səviyyəsində çıxışları olub. Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bəyanatlar verib. Eyni zamanda bir neçə gün əvvəl Sərkisyanın Dağlıq Qarabağ problemi ilə bağlı müsahibəsi olub və bütün bu bəyanatlarda açıq şəkildə göstərilir ki, Dağlıq Qarabağda istənilən zaman müharibə başlaya bilər. Hal-hazırda tərəflər arasında çox gərgin münasibətlər var. Hətta  Azərbaycan tərəfi Dağlıq Qarabağla bağlı danışıqların aparılmadığını bəyan edib. Bu o deməkdir ki, artıq danışıqlar bir dalana dirənib və bu dalandan çıxış yolu ancaq müharibə etməkdir. 

Görünür, Eldar müəllim də buna əsaslanaraq fikir bildirib. Düşünmürəm ki, yaxın zamanlarda Dağlıq Qarabağda müharibə başlasın. Çünki bunun üçün uyğun vəziyyət yaranmayıb. Müharibəni ya Ermənistan, ya da Azərbaycan tərəfi başlaya bilər. Azərbaycan tərəfinin belə bir müharibəyə başlayacağı inandırıcı görünmür. Çünki müharibədə qalib gəlmək və nəsə əldə etmək baxımından həm regionda, həm də dünyada Azərbaycan üçün münbit şərait yaranmayıb. Fikrimcə, Azərbaycan rəhbərliyi də bunu anlayır.

Qısamüddətli hansısa toqquşmalar ola bilər, amma geniş miqyaslı müharibənin olacağına inanmıram. Ermənistan tərəfinə gəlincə, müharibəyə başlamaq onlara da sərf eləmir. Ermənistan tərəfi həm Qarabağı, həm də ətraf rayonlarımızı işğal edib. Yəni, Ermənistan  istədiyindən də böyük əraziləri işğal edib və onun üçün statuv-kvo daha çox məqsədəuyğundur. Ona yenidən müharibənin başlaması, erməni vətəndaşlarının həlak olması sərf eləmir. 

Üçüncü variant regionda yerləşən və ya yerləşməyən hansısa güclü dövlətin marağı ola bilər ki, Dağlıq Qarabağda müharibə başlatsın. Sözün açığı bu variant inandırıcı gəlmir. Çünki Avropa, ABŞ, Qərb ölkələrinə Dağlıq Qarabağ probleminin uzunmüddətli müharibə yolu ilə həll olunması sərf eləmir. Ona görə ki, Bakı-Tbilisi-Ceyhan neft kəməri, bir çox qaz layihələri var və müharibə baş verərsə, bu layihələrdə də problemlər yaranacaq. Bu baxımdan münaqişənin indiki vəziyyəti onlara sərf edir. 

Digər tərəfdən, bölgədəki güclü dövlətlərdən biri Rusiyadır. Münaqişənin həllində açar olan dövlətlərdən biridir. İnanmıram ki, indiki mərhələdə genişmiqyaslı müharibənin başlaması Rusiyanın hansısa problemlərinin həll olunmasına xidmət edəcək. İndiki şəraitdə Rusiyanın xarici siyasətində blə bir plan yoxdur. Bu baxımdan müharibə ehtimalını yüksək hesab etmirəm”.

Image result for Nazim Cəfərsoy

Nazim Cəfərsoy: “Dağlıq Qarabağda müharibənin başlaması üçün münbit şərait var”.


İndiki şəraitdə müharibə riskinin yüksək olduğunu bildirən politoloq Nazim Cəfərsoy hesab edir ki, münaqişənin sülh yolu ilə həll olunması mümkünsüz kimi görünür:

“Ümumiyyətlə, Azərbaycan-Ermənistan münasibətlərindəki gərginlik davam etdikcə Dağlıq Qarabağda müharibə riski hər zaman yüksək olacaq. Biz müxtəlif dövrlərdə də bunun şahidi olmuşuq. Rəsmi şəkildə atəşkəs elan olunmasına baxmayaraq, 1994-cü ildən indiyə qədər bu atəşkəsə riayət olunmayıb, bəzən şiddətli şəkildə atəşkəsin pozulması halları müşahidə olunub. Bunun konkret nümunələrindən biri  təxminən 10 gün əvvəl yaşandı. Bundan başqa, ötən ilin aprel ayında dörd günlük müharibə baş verdi. Bu gərginlik hal-hazırda da davam edir və önümüzdəki günlərdə bu gərginliyin artması ilə bağlı həm cəbhədə, həm də tərəflərin bir-birinə yönəlik bəyanatlarında işarələr var. Bu baxımdan baş verənlər Dağlıq Qarabağda yeni bir müharibə riskini istisna etmir. Mən konkret olaraq  müharibə riskinin faizini deyə bilmərəm, amma uzunmüddətli və ya qısamüddətli müharibə ehtimalı var. Dağlıq Qarabağda müharibənin baş verməsi tək iki tərəfdən də asılı deyil. Prosesdə başqa  qüvvələrin bu və ya digər şəkildə aktivləşməsi də mövcuddur. Bu baxımdan müharibənin başlanmasında da digər amillər nəzərə alınmalıdır. Dağlıq Qarabağda müharibənin başlaması üçün münbit şərait var. 

Ermənistanla bağlı iki məqamı qeyd etmək lazımdır. Ermənistan həm Rusiya tərəfindən ciddi şəkildə silahlanır, həm də ölkə seçkilər ərəfəsindədir. Bu ərəfə siyasi gərginliyin artdığı dövrdür, Ermənistan müxalifəti hakimiyyəti aprel döyüşlərindəki uğursuzluğuna görə günahlandırır. Əslində son zamanlar cəbhədə baş verən gərginliklər  Ermənistanın daxili siyasətinə hesablanmış həmlədir. Ən azından müxalifətin hakimiyyət üzərində təzyiq qurmasının və hakimiyyəti erməni xalqı qarşısında pis vəziyyətə düşürməsinə qarşı manevrdir. Bu baxımdan Ermənistan tərəfindən müharibə riski var. Eyni zamanda Azərbaycan tərəfi haqlı olaraq işğal altında olan torpaqlarını azad etmək üçün barışmaq niyyətində deyil. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etmək üçün ciddi hazırlıqlar içindədir. Bu hazırlıqların diplomatik və hərbi sahədə müəyyən uğurlara səbəb olduğunu görürük və bunun müharibə riskini artırdığını da istisna etmirəm”.

Gülşən ŞƏRİF
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar