Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Daha bir Azərbaycan boksçusu Olimpiya lisenziyası qazandı

Azərbaycanın daha bir boksçusu Bakıda keçirilən Dünya Təsnifat Turnirində 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziya qazanıb. Bu, 49 kq çəki dərəcəsində çıxış edən Rüfət Hüseynovdur


19 yaşlı idmançı yarımfinalda Yoselito Velaskesi məğlubiyyətə uğradıb. İlk 2 raundda hakimlər onun, üçüncü raudda isə rəqibinin üstünlüyünü qeydə alıb. Nəticədə 2:1 hesablı qələbəyə nail olan Hüseynov adını finala yazdırıb və qaydalara əsasən, ilk 2 yerdən birini təmin etdiyi üçün olimpiadada iştirak hüququna yiyələnib.

Bu, Azərbaycanın Bakıdakı turnirdə 81 kq çəki dərəcəsindəki Teymur Məmmədovdan sonra ikinci lisenziyası olub. Məmmədov ötən gün yarımfinala yüksələrək vəsiqəni təmin edib. Bu gün isə 23 yaşlı boksçu rusiyalı rəqibi Pyotr Xamuxovun tibbi müayinədən keçə bilməməsi səbəbindən finala yüksəlib.

Qeyd edək ki, Kamran Şahsuvarlı (75 kq) 1/4 finalda uduzsa da, lisenziya şanslarını qoruyur. Bunun üçün Şahsuvarlının yenildiyi irlandiyalı Maykl O Rillinin turniri qələbə ilə başa vurması lazımdır. O da lisenziya qazansa, Azərbaycanın kişilərdən ibarət boks yığması olimpiadada tam heyətlə - 10 dəri əlcək ustası ilə təmsil olunacaq. ("Report")

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən çox oxunanalar