Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Daha bir ana və körpə ölümü - Mingəçevirdə, Yenilənib


Azərbaycanda doğuş zamanı ana və uşaq ölümü faktı qeydə alınıb


PİA.AZ xəbər verir ki, Mingəçevir Şəhər Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün şəhər ərazisində yerləşən Doğum evində baş verib. 

Şəhər sakini, 1984-cü il təvəllüdlü Svetlana Adil qızı Qasımova doğuş zamanı dünyasını dəyişib.

Doğuş zamanı körpə də həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.

***
Mingəçevirdə gənc ananın doğuş zamanı övladı ilə birgə ölümünün təfərrüatları məlum olub.

APA-nın yerli bürosunun xəbərinə görə, həkimlər qadının dölyanı mayenin emboliyası, yəni dölyanı mayenin qadının damarlarına daxil olması səbəbindən dünyasını dəyişdiyini bildiriblər.
Qeyd olunub ki, bu hal baş verən zaman qadında şok və kəskin şok koaqulapatiyaları  əmələ gəlib

Belə hadisələrə nadir hallarda rast gəlinsə də, 70-90 faizi ölümlə nəticələnir.

Xatırladaq ki, hadisə bu gün Mingəçevir şəhər Mərkəzi Xəstəxanasının doğum şöbəsində baş verib. Doğuş zamanı 1984-cü il təvəllüdlü Qasımova Svetlana Adil qızının vəziyyəti qəflətən pisləşib, onda yüksək temperatur və üşütmə halları müşahidə olunub. Həkimlər tərəfindən lazımi tibbi yardım göstərilsə də, qadın doğuşdan 20 dəqiqə sonra dünyasını dəyişib. Məlumata görə yeni doğulan, çəkisi 4,1 kq olan körpə oğlan uşağı isə doğuşdan 5 dəqiqə sonra ölüb.
Faktla bağlı araşdırma aparılır. 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Qədr gecəsinin əməlləri: “İmkanı olanların süfrə açması məsləhətdir” 

Ən çox oxunanalar