Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Daha bir azərbaycanlı qadın Suriyaya getdi


Azərbaycanın Şimal bölgəsindən daha bir qadın Suriyaya gedib.


Publika.Az-ın özəl mənbələrdən əldə etdiyi məlumata görə, Balakən rayon sakini Lalə adlı qadın Suriyada döyüşən əri Rasim adlı azərbaycanlının arxasınca bu ölkəyə gedib. Mənbə qadının dəqiq soyadını dəqiqləşdirə bilməyib.

“Həmin qadın iki gün öncə evlərinə zəng edib Suriyada olduğunu deyib. Onun əri bir ilə yaxın idi ki, Suriyada “Əl-Nüsra”  cəbhəsində Əsədə qarşı döyüşür. Əri xəvaricilərə qoşulandan sonra valideynləri ilə küsülü olub. Qadın da bir ay əvvəl evdən yoxa çıxıb. Qadın telefonla zəng edərək bircə kəlmə Suriyada, ərinin yanında olduğunu deyib”-deyə mənbə bildirib.

Qeyd edək ki, son günlər azərbaycanlı kişilərlə yanaşı qadınlar da Suriyaya “din uğrunda cihad” üçün yollanır.
Konfliktoloq Arif Yunus Publika.Az-a deyib ki, hazırda Suriyada 2, Əfqanıstanda 3 azərbaycanlı qadın vuruşur. Onlar əsasən Şimal bölgəsindəndir.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar