Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Daha bir nazirlikdə Apellyasiya Şurası yaradıldı - Tərkib

7 nəfərdən ibarət Apellyasiya Şurasına nazirliyin aparatının şöbə müdirləri, katibliyə isə nazirliyin məsul əməkdaşları daxildir


Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apellyasiya Şuralarının yaradılması haqqında” 3 fevral 2016-cı il tarixli Fərmanına uyğun olaraq Azərbaycan Respublikası Maliyyə Nazirliyində Apellyasiya Şurası və Şuranın Katibliyi yaradılıb.

PİA.AZ nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, artıq şura və katibliyin tərkibi təsdiq edilib.
 
Sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin şikayətlərinə baxılması sahəsində şəffaflığın və obyektivliyin təmin edilməsi, bu sahədə şəxslərin hüquqlarının və qanunla qorunan maraqlarının müdafiəsi məqsədi ilə yaradılan Şuraya maliyyə nazirinin müavini Azər Bayramov sədr təyin olunub.
 
7 nəfərdən ibarət Apellyasiya Şurasına nazirliyin aparatının şöbə müdirləri, katibliyə isə nazirliyin məsul əməkdaşları daxildir.
 
Apellyasiya Şurası Bakı şəhəri Səməd Vurğun küçəsi 135 ünvanında – Maliyyə Nazirliyinin inzibati binasında fəaliyyət göstərəcək.
 
Əlaqə: 012 404 47 87
 
Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Apellyasiya Şurasının
Tərkibi
 
Şuranın sədri
Azər Bayramov - maliyyə nazirinin müavini
 
Şuranın üzvləri:
Namiq Süleymanov – Nazirliyin aparatının rəhbəri
Xalıq Rəhmanov – Hüquq şöbəsinin müdiri
Mərdan Mərdanov – İnfrastruktur təyinatlı layihələrin maliyyəsi şöbəsinin müdiri
Vüqar Məcidli – İqtisadi sahələrin maliyyəsi şöbəsinin müdiri
Lalə Həsənova - Ümumi şöbənin müdiri
Fikrət Şirinov – Vergi siyasəti və gəlirlər şöbəsinin müdiri vəzifəsini icra edən
 
Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Apellyasiya Şurasının Katibliyinin
Tərkibi
 
Katibliyin rəhbəri:
Mayis Piriyev – Baş məsləhətçi- mətbuatla iş üzrə
 
Katibliyin üzvləri:
Zemfira İsmayılova – Ümumi şöbənin sektor müdiri
Elçin Nəcəfov - Hüquq şöbəsinin baş məsləhətçisi 

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Gürcüstan prezidenti ölkəni bürüyən aksiyalara münasibət bildirdi

Ən çox oxunanalar