Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Daha bir neçə erməni generallar həbs ediləcək


"Orduda müəyyən çatışmazlıqlar var və bu çatışmazlıqlara cavabdeh olan şəxslər həbs olunmalıdır"


Bunu hakim Respublika Partiyasının parlament fraksiyasının rəhbəri Vaqram Baqdasaryan Ermənistan Müdafiə Nazirliyinin yüksək rütbəli məmurlarının həbs olunması faktını şərh edərkən bildirib. 

Baqdasaryan bəyan edib ki, Ermənistan hakimiyyəti orduda korrupsiya hallarını aradan qaldırmaq niyyətindədir: "Yalnız orduda deyil, bütün sahələrdə korrupsiyanın kökünü kəsmək üçün sona qədər getmək lazımdır". 

"Faktiki olaraq müharibə şəraitində olan ölkə ordusunda korrupsiya halları ilə bağlı general və polkovniklərin tutulması hakimiyyətdə çatışmazlıqların olmasını göstərirmi?" sualına Baqdasaryan belə cavablandırıb: "Bu suala cavab verərkən tələsmək lazım deyil, gəlin prosesin nə ilə bitəcəyini gözləyək". 

Erməni ekspertlərin fikrincə, orduda yüksək vəzifəli zabitlərin həbs dalğası davam edəcək. Hədəfdə olanlar arasında generalların olacağı istisna deyil.

Qeyd edək ki, aprel döyüşlərindən sonra vəzifələrindən azad olunan Ermənistan Silahlı Qüvvələrinin Silahlandırma İdarəsinin rəisi, general Melsik Çilingəryan, polkovniklər Armen Markaryan və Mqer Papyan həbs edilib.

Bundan əlavə mayın 18-də Ermənistan silahlı qüvvələrinin polkovniki David Abrahamyana vəzifəsindən sui-istifadə ettmə maddəsi ilə cinayət işi açılıb. İstintaq Komitəsinin məlumatına görə, onun qarşında ittihamlar irəli sürülüb. 

Aprel döyüşlərindən sonra Ermənistan Müdafiə Nazirliyinin üç generalı işdən qovulub. Buna səbəb isə 4 günlük hərbi əməliyyatlar zamanı Ermənistan ordusunun verdiyi itkilər, habelə ordunun təchizatı ilə bağlı üzə çıxan acınacaqlı vəziyyətdir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

"Dünəndən paltarlarını hazırlamışdı, qismət olmadı" - Hadı Rəcəblinin qızı

İlham Əliyevdən Şuşa şəhəri ilə bağlı sərəncam    

Məhkəmə Akif Çovdarovun əmlakları ilə bağlı qərar verib

Ən çox oxunanalar