Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Daha bir söyüş qalmaqalı


“Qadınları çölə çıxarıb məni söydü”


Müsavat Partiyası Binəqədi rayon təşkilatının Şura üzvü Arif Əzizzadə sədr Nemət Kərimlidən Mərkəzi Nəzarət-Təftiş Komissiyasına şikayət edib. 

PİA.AZ xəbər verir ki, A.Əzizzadə “Qafqazinfo”ya açıqlamasında bildirib ki, buna səbəb N.Kərimlinin iclasda onu söyməsi olub: “Nemət Kərimli rəhbərlik etdiyi klanla birgə mənim sədri olduğum özəl təşkilatı buraxdırmışdı. Mən bundan Divana şikayət etdim ki, MNTK-nın qərarı olmadan təşkilat buraxılıb, bu da nizamnaməyə ziddir. Bundan sonra Divan özəl təşkilatını bərpa etdi. Ötən bazar Nemət Kərimli yığıncaq çağırdı, özü gündəlik təklif etdi. Gündəliyə mənim partiya sıralarından çıxarılmağımı əlavə etmişdi. Noyabrın 18-də keçirilən iclasda bunun üçün müzakirə apardıq. Mənə dedi "sən sabotajçısan". Mən də dedim "sabotajçı sənsən". İki nəfər durub iclası tərk etdi. Dedilər biz istefa veririk, bu Şurada otura bilmərik. Sonra Nemət Kərimli qadınları çölə çıxarıb məni ağır söyüşlərlə təhqir etdi. Dilimə gətirə bilməyəcəyim söyüşlər söydü. Mən də söyüşlərinə görə ondan MNTK-ya şikayət etdim. Bu adam partiya sıralarından uzaqlaşdırılmalıdır. O cür nalayiq söyüşlər söyən adam bu gün Divan üzvüdür”.

A.Əzizzadə bildirib ki, qurultayda başqanlıq seçkilərində Arif Hacılıya səs verib.

Xatırladaq ki, partiyada bir neçə gün əvvəl də söyüş qalmaqalı baş vermişdi. Belə ki, Müsavat Partiyası Xaçmaz rayon təşkilatının üzvü, partiya Məclisinin üzvü Könül Mirzəyevanın (Könül Turan Türk) Kamil Xəlilbəyli ilə yazışmalasında söyüşə yol verdikləri üçün birinciyə xəbərdarlıq, ikinci isə partiya sıralarından xaric olunub.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Ən çox oxunanalar