Türkiyə Silahlı Qüvvələrinin 2-ci Ordu komandanı, general-leytenant İsmayıl Mətin Cerablusa gedib
Axar.az xəbər verir ki, əməliyyatları birbaşa idarə edən general bölgədəki vəziyyətlə maraqlanıb, müvafiq tapşırıqlarını verib.
İ.Mətin 15 iyul dövlət çevrilişi cəhdi nəticəsində 2-ci Ordu komandanı general Adəm Hudut həbs edildikdən sonra bu vəzifəyə təyin olunub.
Xatırladaq ki, “Fərat qalxanı” əməliyyatına rəhbərlik edən xüsusi qüvvələr komandanı, general-leytenant Zəkai Ağsaqqallı da dünən Cerablusa səfər etmişdi.
pia.az