Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Daha bir ürək-könül məsələsi...


Başqa vaxt hamı bir ağızdan deyirdi: “Yaşın nə fərqi var ki...”


Mərhum müğənnimiz İlhamənin eyni ritorik suallı mahnısı xit olmuşdu, dillərdə əzbər idi. Yeri düşdü, düşmədi, gəldi, gəlmədi, hamı təkrarlayırdı. 

Yalnız bir dəfə hansısa telekanalda qonaq olan məşhur aktyorumuz Siyavuş Aslan kədərli-kədərli dedi ki, yox, yaşın fərqi var, özü də çox.

Özü də bu sözü ən çox 45-50 yaşlı kişilərin 18-25 yaşlı qızla evləndikləri zaman dilə gətirirdilər, deyirdilər, yaşın nə fərqi var axı, iki gənc bir-birini sevib, evlənib, vəssalam. Nə demək olar, ürək-könül məsələsidir, a Qurban. 

Amma indi məsələ bir balaca dəyişən kimi olub. İş ondadır ki, Binəqədidə 32 yaşlı müəllimə 18 yaşlı gənclə ailə qurub və öz həyatlarının axarını, eləcə də ölkənin ictimai-siyasi-hərbi-mədəni gündəmini dəyişiblər. 

Bu sətirlərin yazıldığı anlarda saytlara və sosial şəbəkəyə girmək mümkün deyildi, yüzlərlə adam bu fenomenal hadisədən yazırdı. Hiss olunurdu ki, əmək kollektivlərində minlərlə, bəlkə də yüz minlərlə insan bu olayı müzakirə edir.

Facebook-da insanlar iki tirəyə ayrılmışdılar. Bir tərəf yazırdı ki, qayət normal hadisədir, kişilər özlərindən kiçik qızlarla ailə qurduqları kimi, qadınlar da özlərindən yaşca balaca oğlanlara evlə bilərlər.

Qarşı qrup isə bu mövqe ilə razılaşmırdı, deyirdilər ki, ola bilməz, yaşlı kişilərin gənc qızlarla evlənməsi normaldır, amma yaşlı qadının gənc oğlanla evlənməsi caiz deyil. 

Belələrinə görə, 45-50 yaşlı kişiyə çox da yaşlı demək olmaz, amma 32 yaşlı qadın artıq qoca qarıdır. “10 ildən sonra necə olacaq onun halı” - deyə tutarlı sualla çıxış edənlər də vardı. Necə olacaq? 42 yaşı olacaq o müəllimənin. Bax, bizim kişi hegemonluğundan yana olan hetereseksual qüvvələr 42 yaşlı qadını qəbul edə bilmirlər. Əlbəttə, “qıza elçi göndərin 15 yaşa dolmamış” bayatılarıyla böyümüş nəslin nümayəndələrindən başqa mövqe gözləmək olmaz. 

Elə klassik şairlərimiz də eyzən, müasir jarqonlarla desək, “maloletka”lara girişməkdən yazıblar. Hətta bir çox kitablarda da azyaşlı qızlarla ailə qurmağın savabından söz açılır. Yəni bu məsələ pederastlığa qədər irəliləyir. 

Bütün bunlar heç, aralarında yaş fərqini evlənənlər özləri bilərlər. Bir də bu, onların ailə üzvlərini maraqlandıra biləcək məsələdir. Bizə nə? Nə işimizə qalıb? Bunu nədən ümummili müzakirə predmetinə çevirməliyik?

Yox, əgər ailə quranlardan biri yetkinlik yaşına, sovet dönəminin sözüylə desək, həddi-büluğa çatmamış olsaydı, onda deyərdik ki, hə, burada ciddi problem var. Ancaq bir halda ki, evlənənlərin hər ikisi büluğ həddinə çatıblar, hələ o üzə də keçiblər, problem nədən ibarətdir?
Hətta ailə quranlardan biri xarici ölkə vətəndaşı olsaydı, yenə şübhələnmək olardı ki, məqsəd “fiktivni” nikah əqdi bağlamaq və bu yolla ölkə vətəndaşlığı qazanmaqdır. Bildiyiniz kimi, bu məsələ hazırda bir çox Avropa ölkələrində çox aktual olub, Avropaya yerləşmək istəyən gənclər bir çox hallarda gedib nənələri yaşda qadınlarla nikaha girirlər ki, o vəzilə ilə Şengen zonasına girə bilsinlər. Amma avropalılar da artıq ayılıb, evlənənlərin yaşı arasında ikiqat, üçqat fərqi sezincə, deyirlər, sizin nikahınız saxta xarakter daşıyır. Beləcə, həmin cür nikahları artıq qeydə almaqdan imtina edirlər. Məsələn, o gün İsveçrədə elə bir hadisə olub, 71 yaşlı qadıla 21 yaşlı gəncin nikahını qeydə almayıblar və iki sevən ürəyin səadətinə mane olublar.
Bir neçə il öncə Türkiyədə də belə bir hadisə olmuşdu, Halis Toprak adlı 71 yaşlı milyarder 17 yaşlı azərbaycanlı qızla (Nazlıcan Tağızadə) evlənmişdi. Amma o zaman bütün Türkiyə ictimaiyyəti bu nikahı müzakirə edirdi. Bizim mətbuat da bu hadisəyə diqqət yetirmişdi, əsasən də ona görə ki, evlənənlərin yaşı “zerkalnı” (71-17) görünürdü. 

Xüləs, sözümün canı odur ki, 18 yaşlı gənclə 32 yaşlı müəllimənin nikahı böyüdüləcək bir şey deyil. Allah ikisini də xoşbəxt eləsin. 

Yox, əgər biz bu məsələyə bu qədər önəm veririksə, onda gərək bu gənc ailənin taleyini müşahidə altına alaq, vaxtaşırı monitorinq aparaq ki, həmin ailə davam edirmi, etmirmi. Məsələn, 5 ildən sonra bu məsələyə qayıtmaq və reportaj hazırlamaq olar. Yazının başlığı da əsasən iki variantda ola bilər: “Beş il öncə qalmaqallı şəkildə ailə quran cütlük ayrılıb”; “Beş il öncə sensasiya doğurmuş ailə xoşbəxtdir”.

Samir SARI(musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar