Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Daha bir yol açıldı


Təmir-tikinti işlərinin aparılması ilə əlaqədar bağlı olan akademik Şəfayət Mehdiyev küçəsinin Əbdürrəhim bəy Haqverdiyev küçəsi ilə kəsişməsindən general Akim Abbasov küçəsi ilə kəsişməsinə qədər olan hissəsində işlər artıq yekunlaşıb


PİA.AZ-ın "Azeyolservis"ASC-yə istinadən verdiyi xəbərə görə, bu gündən küçənin bu hissəsində nəqliyyatın hərəkəti tam bərpa olunub.

Təmir olunmuş hissənin uzunluğu 510 metr, eni isə 18 metrdir. Ümumilikdə sözügedən ərazinin 10 min kv. metr sahəsinə yeni asfalt beton örtüyü döşənib. Bundan başqa, yol boyu kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılıb, baxış qapaqları dəyişdirilib, yağış barmaqlıqları yenilənib, səth sularının normal kənarlaşdırılması üçün zəruri olan yerlərdə yağış-kanalizasiya sistemi qurulub. Təmir olunmamış hissə də daxil olmaqla küçəyə 3 min paqon metr səki daşı düzülüb.

Küçənin digər hissəsi, yəni Akim Abbasov küçəsinin kəsişməsindən Tbilisi prospektinin kəsişməsinədək olan hissəsində hələlik hissə-hissə nəqliyyat vasitələrinin hərəkəti mahdudlaşdırılır. Bu ərazidə yeni asfal-beton örtüyünün döşənməsi işlərinə start verildikdə sözügedən hissə tam olaraq bağlanacaq.

Qeyd edək ki, bu hissənin uzunluğu 1 200 metr, eni 18 metrdir. Anoloji işlər bu ərazidə də həyata keçiriləcək. Ş.Mehdiyev küçəsinin ümumi uzunluğu 1 700 metrdir. Ümumilikdə küçə boyu 30 min kv. metr sahəyə yeni asfalt-beton örtüyü döşənəcək.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Ən çox oxunanalar