Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Daşınmaz əmlakının qeydiyyatı ilə bağlı yenilik edilib


Vətəndaşlar onlara məxsus daşınmaz əmlaka dair çıxarış almaq üçün tələb olunan sənədlərin siyahısı ilə indi daha rahat və çevik şəkildə tanış ola biləcəklər


Əmlak Məsələləri Dövlət Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, komitənin rəsmi internet səhifəsində bu siyahını əks etdirən “Vətəndaşların nəzərinə” adlı ayrıca keçid (link) yaradılıb.
 
Burada mənzil fondunun özəlləşdirilməsi, fərdi yaşayış evlərinin ilkin qeydiyyatı, daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi üçün tələb olunan sənədlərin siyahısı əksini tapıb. Həyətyanı torpaq sahəsi və bağ evi olan vətəndaşlar da bu əmlakların ilkin qeydiyyatı üçün zəruri sənədlərin siyahısını həmin linkdə görə bilərlər.
 
Fərdi və kooperativ bağ sahələri (boş torpaq sahələri) üzərində hüquqların ilkin qeydiyyatı üçün tələb olunan sənədlərin siyahısı da bu linkdə yer alıb. Kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının istifadəsindəki bağ sahələrinin ilkin qeydiyyatı bağlı sənədlərlə də burada tanış olmaq mümkündür. Bu siyahı isə yalnız 2001-ci il 1 yanvar tarixinədək ayrılmış torpaq sahələrinin qanuni istifadəçilərinə şamil edilir.
 
Bundan əlavə, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti yaranan tarixdən əvvəl yaranmış mülkiyyət hüquqlarının qeydiyyatı ilə bağlı sənədlərin siyahısı da linkdə əksini tapıb. Bu mülkiyyət hüquqlarına xidmət fəaliyyətə başlayana qədər müvafiq icra hakimiyyəti orqanları tərəfindən qeydiyyata alınmış hüquqlar və bu barədə verilmiş sənədlər aiddir.
 
Qeyd edək ki, bu yeniliyin məqsədi hüquqi tələbləri daha rahat və çevik şəkildə əhaliyə çatdırmaq və maarifləndirmək, eləcə də qeydiyyat prosesində vətəndaşın işini maksimum rahatlaşdırmaqdır. Vətəndaş qeydiyyat prosesinə başlamazdan öncə sadəcə bu linkə daxil olaraq zəruri sənədlər siyahısı ilə tanış olur. Artıq bundan ötrü ərazi qeydiyyat idarəsinə getməsinə və ya zəng vurmasına ehtiyac qalmır. Daha sonra isə vətəndaş daşınmaz əmlak barədə istədiyi hüquqi əməliyyatları həyata keçirməyə başlayır. Son nəticədə bu yenilik daşınmaz əmlakın qeydiyyatında vətəndaş məmnunluğunun artırılmasına və məmur-vətəndaş ünsiyyətinin azaldılmasına xidmət edir.
 
Belə tədbirlər qeydiyyat xidmətlərində keyfiyyət və səmərəliliyin artmasına, daha çox insanın hüquq sahibi, mülkiyyətçi olmasına yol açır. Xatırladaq ki, son illərdə imzalanmış fərman və sərəncamlar sayəsində qeydiyyat üçün əsas olan ilkin sənədlərin siyahısı əhəmiyyətli dərəcədə genişlənib. Qeydiyyat üçün tələb olunan müddətlər də qısaldılıb və 10 iş gününə endirilib.
 
Elektron və onlayn xidmətlərin tətbiqindən sonra isə daşınmaz əmlakın qeydiyyatı prosesi kifayət qədər sadələşib. Elektron müstəviyə keçid vətəndaşın qeydiyyat üçün uzun vaxt itkisinə məruz qalmasını, ərazi idarələrinə getməsini aradan qaldırıb və vətəndaş-məmur ünsiyyətini minimuma endirib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Dünyada cəmi beş ədəd olan avtomobildən biri satışa çıxarılıb - Foto

“Golden Boy” nominantları açıqlandı: Siyahıda üç türkiyəli futbolçu var

“Mercedes”lərdə problem aşkarlandı: 260 mindən çox avtomobil geri çağırılır

Hindistan əhalinin sayına görə dünyada birinci yerdədir

Ən çox oxunanalar