Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Daşkəsəndə iki müəllim diaqnostik qiymətləndirməyə buraxılmır


Əslən Kəlbəcərdən olan və hazırda Daşkəsən rayonunda məskunlaşan gənc müəllimlər - Akif Ağayev və Azad Həşimov Təhsil Nazirliyinin keçirdiyi diaqnostik qiymətləndirməyə buraxılmayıblar. Onlara bunun səbəbinin diplomlarının saxta olması ilə bağlı olduğu bildirilib. Ancaq müəllimlər bu iddianı əsassız hesab edirlər


PİA.AZ xezerxeber.az-a istinadən bildirir ki, Azad Həşimov 2005-ci ildə Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialını, Akif Ağayev isə 2009-cu ildə Qazax filialını bitirib. Hər ikisi ali təhsil müəssisəsinə test imtahanından sonra institutun özü tərəfindən təşkil olunan müsabiqə ilə qəbul olunub. Buna baxmayaraq diplomları ilə bağlı şübhəni əsassız sayırlar.

Üstəlik, müəllimlərə məhkəmənin qərarı ilə məcburi işburaxmaya görə də əməkhaqqı ödənilib. Ancaq diplomları ilə bağlı şübhə hələ də qalmaqdadır.
Gənc müəllimlər bu münasibətin fəaliyyəti dayandırılan Azərbaycan Müəllimlər İnstitutunun reputasiyası ilə bağlı olduğunu düşünürlər. Çünki hər ikisi bu ali təhsil müəssisəsinin məzunudur.

Məsələ ilə bağlı Təhsil Nazirliyindən bildirildi ki, həmin müəllimlər məhkəmənin qərarını nazirliyin müvafiq şöbəsinə təqdim etməlidirlər. Nazirlik də məsələni ətraflı araşdırdıqdan sonra onlara cavab verəcək.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Ən çox oxunanalar